Icma.az
close
up
RU
İlon Mask 4 yaşlı oğlunu niyə özü ilə hər yerə aparır?

İlon Mask 4 yaşlı oğlunu niyə özü ilə hər yerə aparır?

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Space X" və "Tesla"nın qurucusu "X" platformasının sahibi, milyarder hara gedirsə getsin, 4 yaşındakı oğlunu özü ilə aparır. 3 fərqli qadından ümumilikdə 12 uşaq sahibi olan Maskın Lil X adı qoyduğu oğluna düşkünlüyü hər kəsin diqqətini çəkir. Dünyanın ən zəngin adamının övladını daim özü ilə gəzdirməsi isə bir sıra iddiaların ortaya atılmasına səbəb olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Maskın bu addımı onun oğlunu çox sevməsi, yoxsa bu işin arxasında daha strateji səbəb dayanması barədə suallar yaradıb. 

Gəlin, İlon Maskın ailə həyatındakı bu qeyri-adi mənzərəni nəzərdən keçirək. 

Yaşıdları parkda oyun oynayarkən Lil X iş iclaslarındadır ya da dünya liderləri ilə poz verir.
Hətta Maskın danışdığı konfranslardan birində səhnəyə çıxan Lil X-in atasının ayağını qucaqladığı, səhnədən düşürüldükdən sonra yemə geri qayıtdığı anlar ictimaiyətdə narahatlıq doğurmuşdu. Uşaq inkişaf mütəxəssisləri bu yaşlardakı uşağın nizamlı həyata ehtiyac duyduğunu deyir. Bu gün 4 yaşında olan Lil X isə uşaqlığından bəri xüsusi təyyarələrlə bir qitədən başqa qitəyə, iş səyahətlərinə gedir. 

Ən pisi isə odur ki, bütün bunların Maskın imici üçün atdığı addımlar olduğu iddia edilir. 

Qeyd olunur ki, adı çox sayda böhran və qalmaqallarda hallanan milyarder oğlu vasitəsilə daha humanist imic formalaşdırmağa çalışır. 
Hətta "Tesla" səhmlərinin ucuzlaşdığı ya da sosial şəbəkə paylaşımlarına görə tənqid olunduğu vaxtlarda Lil X-in daha çox ön planda olması bu iddiaları gücləndirmişdi.

Uşağın anası Enn Qrayms da oğlunun bu qədər kameralar qarşısında olmasından məmnun deyil. O, müsahibələrinin birində deyib:

"Uşaqların göz önündə olmaması gərəkdiyini düşünürəm. Amma oğlum daim göz önündədir. İlon onu bir növ vəliəhdi kimi görür". 

Məlumata görə, Mask oğlunun anası ilə qəyyumluq "müharibə"si aparır və uşağı anasına göstərmir. Qrayms ötən il sosial şəbəkədə paylaşım edərək İlona oğlunu görməyə icazə verməsi üçün çağırış etsə də, qısa müddət sonra silmişdi. Onun paylaşımını hansı səbəbdən silməsi isə maraq doğurmuşdu.

Daha sonra üzə çıxan məhkəmə sənədləri İlonun qəyyumluqla bağlı mürcaiət üçün Texas ştatını seçdiyini göstərdi.

Bəs niyə texas?

Çünki buradakı qaydalar aliment ödənişlərinə məhdudiyyət qoyur. Yəni dünyanın ən varlı adamı da alimentə görə hesab-kitab edirdi. Lil X-in ana nənəsi də İlon Maska sosial şəbəkələrdən səslənmişdi: "Xahiş edirəm, İlon, bu, ailəmiz üçün çox ağrılıdır. Uşaqlar nənənələrini görməlidir".

Bu duyğusal çağırışlar uşağın anası ilə atası arasındakı hüquqi mübarizənin ortasında qaldığını göstərir. 

İlonun digər uşaqları haradadır?

Onun digər uşaqlarının gözlərdən uzaq həyatı seçdiyi ya da ataları ilə münasibətlərinin daha məsafəli olduğu düşünülür. Hətta bəzi uşaqları ilə aralarındakı münasibətlərin qırıldığı deyilir. Hətta onun cinsiyyətini dəyişdirən bir övladı rəsmi olaraq soyadnı dəyişmiş və artıq bioloji atası ilə hər hansı əlaqə yaratmaq istəmədiyini demişdi. Bu da Maskın necə ata olması barədə suallar doğurur. 

Balaca Lil X böyüyəndə bu həyat təcrübəsinin onu necə formalaşadıracağını isə zaman göstərəcək. 

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Yanvar 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri