Icma.az
close
up
RU
İlon Mask üçün qeyri adi təklif: Berinq boğazı tuneli yenidən gündəmdə

İlon Mask üçün qeyri adi təklif: Berinq boğazı tuneli yenidən gündəmdə

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Soyuq müharibə dövründən bəri müzakirə olunan Berinq boğazı tuneli layihəsi Rusiyanın yüksəkvəzifəli nümayəndəsi tərəfindən bu dəfə "Putin-Tramp tuneli” adı ilə yenidən gündəmə gətirilib. 

Qaynarinfo xəbər verir ki, 112 kilometr uzunluğundakı bu sualtı bağlantı iki qitəni birləşdirərək nəhəng avtomobil və dəmir yolu marşrutu yaratmağı hədəfləyir.

ABŞ ilə Rusiya arasında Berinq boğazının altından keçəcək tunel tikintisi ideyası, uzun illərdir elmi-fantastika səviyyəsində qəbul edilən bir layihə idi. Lakin Rusiya Dövlət Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev bu qədim fikri yenidən gündəmə gətirərək, layihəni reallaşdıra biləcək yeganə şəxsin milyarder İlon Mask olduğunu bildirib.

Kirill Dmitriyev sosial media paylaşımında Berinq boğazının altından keçərək iki super gücü - yəni Amerika ilə Afro-Avrasiya qitələrini birləşdirəcək bu nəhəng layihəyə "Putin-Tramp tuneli” adını təklif edib. O, 112 kilometrlik bu tunelin "birliyin simvolu” olacağını iddia edib.

Dmitriyev layihənin dəyəri ilə bağlı da diqqətçəkən açıqlama verib. Onun sözlərinə görə, ənənəvi üsullarla 65 milyard dollardan çox başa gəlməsi gözlənilən tikinti xərcləri "The Boring Company”nin texnologiyası sayəsində 8 milyard dollardan aşağı salına bilər.

Bu qeyri-adi təklif ABŞ prezidenti Donald Trampa da ünvanlanıb. CNBC-nin məlumatına görə, prezident Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında məsələ ilə bağlı suala cavab verərək layihəni "maraqlı” adlandırıb, lakin bu barədə əvvəllər məlumatının olmadığını deyib.

Berinq boğazının bəzi hissələrinin kifayət qədər dayaz olması nəzərə alınsa, Rusiyanı Alyaska ilə sualtı tunel vasitəsilə birləşdirmək texniki baxımdan mümkündür. Lakin bu nəhəng layihəni İlon Maskın gerçəkləşdirib-gerçəkləşdirə bilməyəcəyi sual altındadır. Mask "The Boring Company” vasitəsilə tunel texnologiyalarında iddialı çıxışlar etsə də, bir çox layihədə gözləntiləri tam qarşılamadığı üçün tənqid olunur.

Bu ideya əslində çox qədimdir. Dmitriyevin istinad etdiyi "Kennedi-Xruşşov dünya sülh körpüsü” konsepsiyası 1960-cı illərə qədər uzanır. Hətta 1950-ci illərdə illüstrator Artur Radebau tərəfindən çəkilmiş komikslərdə belə bu ideyaya yer verilmişdi. O vaxtkı planlarda əlaqənin Uelsdən başlayaraq Kiçik və Böyük Diomid adaları üzərindən Sibiryanın Peyak bölgəsinə qədər uzanacağı nəzərdə tutulurdu.

Bununla belə, bəzi müşahidəçilər Rusiyanın bu təklifini Ukrayna müharibəsi davam edərkən Trampı siyasi cəhətdən təhrik etməyə yönəlmiş diplomatik manevr kimi qiymətləndirirlər. Müharibə şəraitində layihənin reallaşması qeyri-mümkün görünsə də, gələcəkdə bu iki qitəni birləşdirən tunelin inşası ehtimaldan tam kənar deyil.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri