İlon Mask USAID in seçkilərə təsir göstərən gizli əməliyyatlarını ifşa etdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask Beynəlxalq İnkişaf Agentliyi - USAID-in həqiqi fəaliyyət məqsədlərini açıqlayıb. O, qurumun işinin əhəmiyyətli hissəsinin dünyanın müxtəlif ölkələrində seçkilərə şübhəli metodlarla təsir göstərməyə yönəldiyini bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, milyarder bu barədə Ağ Evdə Prezident Donald Trampla birgə jurnalistlər qarşısında çıxış edərkən bəyan edib.
O, təfərrüatları açıqlamayıb və hansı ölkələrdəki seçkilərdən söhbət getdiyini dəqiqləşdirməyib.
"Yatırılan vəsaitlərin gəlirliliyindən danışsaq, deyərdim ki, bu, heç də həmişə istənilən kimi olmayıb", - deyə DOGE rəhbəri USAID-in fəaliyyətindəki səmərəsizliyə və korrupsiyaya işarə edib.
Prezident Tramp da Maskın mövqeyini dəstəkləyərək agentliyi "səriştəsiz və çox korrupsiyalaşmış" adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 12 Fevral 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















