İlon Maskın sərvəti yenidən 1 trilyon dolları keçdi
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Maskın sərvəti növbəti dəfə 1 trilyon dollar həddini keçib.
Gununsesi.info“Forbes” nəşrinə istinadən xəbər verir ki, fond bazarının açılışından dərhal sonra “SpaceX” və “Tesla” səhmlərinin qiymətlərinin kəskin yüksəlməsi texnologiya maqnatının bu ilin iyun ayında ilk dəfə əldə etdiyi trilyonçu statusunu geri qaytarmasına səbəb olub.
Bazar ertəsi Maskın sərvəti 1 trilyon dollar təşkil edib. Bu, ötən cümə gününün bağlanış göstəricisindən 30,6 milyard dollar çoxdur. Müqayisə üçün qeyd edək ki, “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvəti 371,5 milyard dollar qiymətləndirilir.
Mask ilk dəfə iyunun 12-də tarixdə ilk trilyonçu kimi qeydə alınıb və təxminən iki həftə ərzində bu statusunu qoruyub saxlayıb.
Baxış sayı:98
Bu xəbər 05 Oktyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















