İlqar İsmayılov azadlığa buraxıldı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İdeal” (red.-indiki “Adore”) mağazalar şəbəkəsinin “mənimsəmə” ittihamı ilə məhkum edilmiş sahibi İlqar İsmayılov vaxtından əvvəl azadlığa buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.
Məhkəmə məhkumun 6 illik həbs cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.
Hakim İbrahim İbrahimli İlqar İsmayılovun qalan cəzasının şərti hesab edilməsinə qərar verib. O, saxlanıldığı “kalon”dan azadlığa buraxılıb.
Qeyd edək ki, İ.İsmayılov 2021-ci ilin aprelində həbs edilmişdi.
Sail Ağasəlim

İlqar İsmayılov həbsdə qaldı
23 May 2025 18:05
İlqar İsmayılov ilk dəfə ictimaiyyət arasında Foto
30 Sentyabr 2025 16:44
Bilal İsmayılov mükafatlandırıldı
31 Yanvar 2025 15:11
Rafiz İsmayılov vəfat etdi
30 Aprel 2025 22:16
Şahin İsmayılov Cenevrəyə gedir
26 Noyabr 2024 15:06

