Icma.az
close
up
RU
İlqar Musayev: Qlobal rəqəmsal mühitdəki texniki fasilələr informasiya təhlükəsizliyində dayanıqlılığın vacibliyini göstərir

İlqar Musayev: Qlobal rəqəmsal mühitdəki texniki fasilələr informasiya təhlükəsizliyində dayanıqlılığın vacibliyini göstərir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 fevral, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətə başlaması ölkədə informasiya və kibertəhlükəsizlik sahəsində praktik bilik və bacarıqlara əsaslanan kadr hazırlığının yeni mərhələyə keçidi deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə laboratoriyanın açılış mərasimdə çıxış edən XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev bildirib.

XRİTDX-nin rəisi qeyd edib ki, müasir dövrdə dövlət təhlükəsizliyinin əsas komponentlərindən biri informasiya mühitinin qorunmasıdır və bu istiqamətdə peşəkar insan resurslarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

“Yaradılmış laboratoriya ali təhsil mühiti ilə dövlət qurumunun əməliyyat təcrübəsini birləşdirən mühüm platformadır. Laboratoriya yalnız BANM-də təhsil alan tələbə, müəllim və tədqiqatçılar üçün deyil, eyni zamanda, dövlət qurumlarının əməkdaşları üçün də beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə işləmək, təlimlərdə iştirak etmək və praktiki təcrübə əldə etmək imkanı yaradacaq. Bu yanaşma laboratoriyanı təkcə tədris məkanı deyil, həm də kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığı və təkmilləşdirildiyi test platformasına – milli kadr hazırlığı bazasına çevirir”, - deyə İlqar Musayev vurğulayıb.

Qlobal rəqəmsal mühitdə müşahidə olunan texniki fasilələrin informasiya təhlükəsizliyində dayanıqlılığın və operativ monitorinqin vacibliyini göstərdiyini sözlərinə əlavə edən general-leytenant aparılmış monitorinqlər nəticəsində XRİTDX tərəfindən təhlükəsizliyi təmin olunan dövlət informasiya ehtiyatlarına, “AzStateNet” şəbəkəsinə və GOV.AZ domen zonasına hər hansı təsirin qeydə alınmadığını vurğulayıb: “Bu fakt ölkədə tətbiq edilən çoxsəviyyəli mühafizə mexanizmlərinin və 24/7 monitorinq sisteminin effektivliyini açıq şəkildə nümayiş etdirir. Gələcək risklərə hazırlığın təmin edilməsində yerli mühafizə sistemlərinə əsaslanan təhlükəsizlik infrastrukturu və peşəkar kadr potensialı həlledici rol oynayır. Bu baxımdan BANM-də yaradılmış laboratoriya kimi platformalar strateji əhəmiyyət daşıyır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri