İlqar Nadiri: Yerli futbolçuları oynadan klublara əlavə pul veriləcək
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Bu barədə nəsə deməyim düzgün olmaz. Buna rəhbərlik qərar verir. Biz də verilən qərara uyğun işimizi davam etdirəcəyik. Nə qərar olacaqsa, Azərbaycan futbolu üçün xeyirli olsun". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri Premyer Liqada limitin aradan götürülməsi ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.
Nadiri limitin ləğv olunacağı halda yerli futbolçuları oynadan klublara müəyyən güzəştlərin tətbiq olunacağını da vurğulayıb:
"Müəyyən güzəştlər tətbiq oluna bilər. Yerli futbolçuları oynadan klublara əlavə pul veriləcək. Bu da bizim komanda üçün daha əlverişlidir. Ən azı oyunçuların məvacibini bununla təmin edə bilərik".
"Sarı-göylər"in İdarə Heyətinin sədri transfer çalışmalarına da toxunub:
"İstədiyimiz yerlilərə dəvət göndəririk. Sadəcə, bir çoxunun klubları ilə müqaviləsi var. Qış fasiləsində onları cəlb etmək o qədər də asan deyil".
Qeyd edək ki, Premyer Liqanın XIX turu çərçivəsində "Kəpəz" dünən "Turan Tovuz"u 5:2 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 20 Yanvar 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















