Icma.az
close
up
RU
“İmam Hüseynin adını istismar edənlər terror törədir” ŞƏRH

“İmam Hüseynin adını istismar edənlər terror törədir” ŞƏRH

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu heç bir hüquqa və əxlaqa sığmayan düşmənçilikdir. Azərbaycanın etdiyi bütün humanist addımların və yaxşılıqların müqabilində İranın bu addımı olan-qalan bütün etimadı da itirmək deməkdir”.

Bunu Gununsesi.info ya açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Tural İrfan bildirib.

O, İranın bu əməlini həm siyasi xəyanət, həm də dini dəyərlərin təhqiri kimi qiymətləndirib.

Politoloq Azərbaycanın İrana qarşı hər zaman sülh və diplomatik dəstək mövqeyindən çıxış etdiyini xatırladıb:

“Biz İrana qarşı müdaxilə zamanı heç bir kənar qüvvəyə ölkəmizdən dayaq nöqtəsi verməmişik. Əksinə, gərginliyi azaltmağa çalışmışıq. Ən son hadisələrdə vəfat etmiş İran rəhbərliyinə dövlət başçısı səviyyəsində başsağlığı verilib. Hətta İran XİN-in müraciəti ilə Livanda qalmış şəxslərin ölkələrinə dönməsi üçün birbaşa Prezident səviyyəsində köməklik göstərilib. Bütün bu yaxşılıqların qarşılığında İran Naxçıvana dron zərbələri endirib. Bu, siyasi və əxlaqi iflasdır”.

MCP rəsmmisi İranın bu addımının İslam dəyərləri ilə daban-dabana zidd olduğunu vurğulayıb:

“İslam Peyğəmbərini və Əhli Beyti dildə şüar edənlərin bu əməli həmin müqəddəs dəyərlərə xəyanətdir. İmam Hüseyn öz ölümü ilə başqalarına həyat verdi. Amma bu gün onun adını bayrağa yazıb ‘mən ölürəmsə, qoy hamı ölsün’ prinsipi ilə fitnə çıxaranlar ali dəyərləri tapdalayırlar. Azərbaycan dövləti, ordusu və xalqı bu toxunulmazlığa əl uzadanlara qarşı hər zaman ayıq-sayıqdır.”

Politoloq qeyd edib ki, Azərbaycan hər zaman qonşusunun yanlış yoldan dönməsini arzulayıb:

“İranın torpaqlarımızı işğal edənlərə verdiyi dəstəyə baxmayaraq, istəmişik ki, qonşumuz doğru yola gəlsin. Çünki orada çoxmilyonlu əsir soydaşlarımız var. Lakin son hadisə göstərdi ki, bu rejim üçün heç bir müqəddəslik yoxdur. Vətən, torpaq və din bizim üçün toxunulmazdır. Bu toxunulmazlığa əl uzadanların tövbəsi və üzrü vacibdir”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Mart 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri