İmamoğlu işi: 200 min dollar rüşvət etirafı
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu ilə bağlı “Mütəşəkkil Cinayətkarlıq” işi üzrə məhkəmənin 94-cü iclasında diqqətçəkən açıqlamalar səsləndirilib.
Turkustan.az xəbər verir ki, iş üzrə təqsirləndirilən iş adamı Süleyman Uzun Ağaç AŞ-dən debitor borclarının yığılması üçün ondan komissiya və ödəniş tələb edildiyini iddia edib. Uzun iki ayrı hissədə ümumilikdə 200 min dollar ödədiyini bildirib.
18 sentyabr tarixli əlavə ittiham aktı ilə işə daxil edilən Uzun məhkəmədə Ağaç AŞ-dəki qanunsuzluqlar və rüşvət iddiaları barədə ifadə verib.
Onun sözlərinə görə, 2024-cü ildə Ağaç AŞ-nin baş direktoru Əli Sukaş onu tələb olunan komissiyalarla bağlı iş adamı Yüksel Tunarın yanına yönləndirib. Uzun Zümrütevlerdə Tunarla görüşdüyünü və iki dəfəyə ümumilikdə 200 min dollar çatdırdığını deyib.
Uzun həmçinin görülən işlərdə problemlərin qarşısının alınması üçün təxminən 7 faiz, gül əkilməsi işində isə hər çiçək üçün 10 kuruş ödəniş tələb edildiyini iddia edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 Oktyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















