Icma.az
close
up
RU
İmamoğlunun həbs olunmasını vəkilləri təsdiqlədi Yenilənib

İmamoğlunun həbs olunmasını vəkilləri təsdiqlədi Yenilənib

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun maliyyə cinayətlərinə görə həbs edilməsinə, terrorla bağlı həbs tələbinin isə rədd edilməsinə qərar verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ə. İmamoğlunun vəkilləri məlumat yayıb.
***13:10
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun "MEDYA AŞ" istintaqı çərçivəsində həbs olunduğu xəbəri yayılıb. İstanbul Baş Prokurorluğu isə iddiaları təkzib edib və qərarın qısa zamanda açıqlanacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.
ANKA-nın verdiyi məlumata görə, İBB sədri Əkrəm İmamoğlunun həbs olunduğu barədə məlumatı İstanbul Ədliyyəsi mənbələri təkzib edib.
Həbs qərarı ilə bağlı ilk məlumatı məhkəmə binasında çalışan jurnalistlər və baş prokurorluğun bəzi şəxsləri paylaşıb. Bundan sonra əvvəlcə “Sabah” qəzeti, sonra isə “Anadolu Agentliyi” oxucularına İmamoğlunun “korrupsiya”ya görə həbs edildiyini açıqlayıb.
Daha sonra məhkəmə binasında çalışan bütün jurnalistlər qərarla bağlı bu məlumatı almaq üçün öz mənbələrinə müraciət ediblər. Rəsmilər bu qərarın düzgün olduğunu jurnalistlərə bildiriblər. Lakin təxminən yarım saatdan sonra Baş Prokurorluqdan bu dəfə Baş Prokurorluq adından açıqlama vermək səlahiyyətinə malik olan başqa mənbədən təyin olunmuş jurnalistlərin sosial şəbəkədəki qrupuna belə bir məlumat göndərilib: “Qərar hələ yekunlaşmayıb”.
Bu qeyri-müəyyənliyə və ziddiyyətli məlumatların yayılmasına CHP üzvləri və İmamoğlunun vəkilləri reaksiya verib. CHP işçiləri bu vəziyyəti bir qavrayış əməliyyatı olaraq xarakterizə edərək, Baş Prokurorluğu tənqid edib. Baş Prokurorluqdan verilən məlumata görə, yekun qərarların yaxın vaxtlarda açıqlanacağı bildirilib. Brifinqdə “həm korrupsiya, həm də terrorizm” ittihamı ilə bağlı yekun qərarın jurnalistlərlə paylaşılacağı bildirilib.
***11:23
Məhkəmə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barədə həbs qərarı verib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
***10:23
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun dindirilməsi başa çatıb.
Yeniavaz.com
Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sədr bütün ittihamları rədd edib.
Bildirilib ki, İstanbul Respublika Baş Prokurorluğu İmamoğlunun dindirilməsini başa çatdıraraq onun həbsini tələb edib. Daha sonra o, həbs tələbi ilə məhkəmədə hakim qarşısına çıxarılıb.
Qeyd edilib ki, hakim tərəfindən saat 05:40-da (Bakı vaxtı ilə 06:40 - red.) başlayan dindirilmə saat 07:35-də (Bakı vaxtı ilə 08:35 - red.) tamamlanıb. Digər şəxslərin dindirilməsi tamamlandıqdan sonra qərarın açıqlanacağı gözlənilir.
***22 mart, 22:00
İBB Bələdiyyə sədri Əkrəm İmamoğlunun aparıldığı məhkəməyə gedən yollar bağlanıb. Yolların bağlı olmasına və bütün maneələrə baxmayaraq məhkəmə binasının qarşısına xeyli vətəndaş toplaşıb.
Yeniavaz.com
xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, məhkəmənin yerləşdiyi əraziyə təxminən 50 TOMA (“Toplumsal Olaylara Müdahale Aracı” - Sosial Hadisələrə Müdaxilə Vasitəsi) gətirilib.
***20:50
Martın 19-da səhər saatlarında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu polis bölməsindəki ifadəsi tamamlandıqdan sonra Çağlayandakı İstanbul Məhkəməsinə gətirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan “korrupsiya” və “terror” araşdırmaları çərçivəsində saxlanılan İBB Bələdiyyə sədri Əkrəm İmamoğlu və 91 nəfər polis bölməsində ifadələri tamamlandıqdan sonra məhkəməyə gətirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Mart 2025 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri