Xripivkada evlər niyə bahalaşıb?
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Ukraynada davam edən müharibə və bombardmanlar səbəbindən təhlükəli ərazilərdən köçən ailələrin məskunlaşdığı kənddə satışa çıxarılan bütün evlər alınıb.
"Cebheinfo.az" xəbər verir ki, artan tələbat nəticəsində əvvəllər 2 min dollara satılan fərdi yaşayış evlərinin qiyməti 7 min dollara qədər yüksəlib.
Ukraynanın Çerniqov vilayətində yerləşən Xripivka kəndi sərhəd ərazilərindəki döyüşlərdən qaçan ailələrin yeni yaşayış məskəninə çevrilib.
Kəndə köçənlərin sayının artması evlərə tələbatı yüksəldib və nəticədə satışda olan bütün evlər alıcı tapıb. Kəndin rəhbəri Oleksandr Tkaçenkonun sözlərinə görə, sonuncu fərdi yaşayış evi 5 min dollara satışa çıxarılıb və qısa müddətdə satılıb.
Bir neçə il əvvəl orta hesabla 2 min dollara satılan evlərin qiyməti hazırda qaz və su təchizatı olan mənzillərdə 5-7 min dollar arasında dəyişir. Kommunal şəraiti olmayan sadə evlərin qiyməti isə 4 min dollardan başlayır. Dövlətin 500 min qrivna məbləğində kompensasiya proqramından münaqişə riski səbəbindən yararlana bilməyən ailələr üçün Horodnyanska Bələdiyyəsi alternativ həll yolu tapıb.
Belə ki, yerli büdcə və xarici yardımlar hesabına 20-dən çox ev satın alınıb. Həmin evlər məcburi köçkün ailələrə 10 illik kirayə müqaviləsi ilə verilir.
Müddət başa çatdıqdan sonra isə evlərin mülkiyyəti ailələrə keçir. Yaşayış binalarının təmir və saxlanılması ilə də müvafiq qurum məşğul olur.
Məlumata görə, Xripivka kəndində Xarkov, Sumı, Xerson və Çerniqov vilayətlərinin sərhəd kəndlərindən köçən 67 nəfər məskunlaşıb. Yeni ailələrin gəlişi ilə kənddəki uşaqların sayı 72-yə çatıb.
Bundan başqa, xeyriyyə təşkilatları köçkün ailələrin yerləşdiyi evlərin təmirinə dəstək göstərir. Bu çərçivədə evlərin istilik izolyasiyası yaxşılaşdırılır, dam örtükləri təmir olunur, pəncərə və qapılar dəyişdirilir, hamam otaqları tikilir. Kənddə 8 min dollara köhnə ev alaraq təmir etdirən Alina isə sosial şəbəkədəki paylaşımında ucuz kənd evlərinin təmirinin baha başa gəldiyini vurğulayıb.
O bildirib ki, aşağı qiymətə satılan evlərin texniki vəziyyəti, adətən, yaxşı olmur. Buna görə də ev almaq istəyənlər əlavə təmir xərclərini və bu işlərə sərf olunacaq vaxtı əvvəlcədən nəzərə almalıdırlar. Xripivkada satlıq evlərin tükənməsi səbəbindən bələdiyyə köçkün ailələri yerləşdirmək üçün Pivnivşina və Konotop kəndlərindəki boş evləri satın almağa başlayıb.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:90
Bu xəbər 12 Noyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















