Səudiyyə Ərəbistanını 9 raket və PUA nı zərərsizləşdirib
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri çərşənbə və cümə axşamı ərzində husilərin Krallığın bir sıra bölgələrinə yönəltdiyi doqquz raket və pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
525.az xəbər verir ki, bu barədə Səudiyyə mediası məlumat yayıb.
Bildirilib ki, iki ballistik raketin qalıqları Məkkə bölgəsində yerləşən kəndlərdən birinə düşüb.
Yəməndə qanuni hakimiyyətin bərpası üzrə koalisiya qüvvələrinin rəsmi nümayəndəsi, general-mayor Turki əl-Maliki bəyan edib ki, zərərsizləşdirilən hava təhdidlərinə iki ballistik raket, üç qanadlı raket və dörd PUA daxil olub. Hücumlar Səudiyyə Ərəbistanının ər-Riyad, Məkkə, cənub və şərq bölgələrini hədəf alıb.
Koalisiya qüvvələri ilk olaraq çərşənbə günü axşam saatlarında husilərin Ər-Riyad bölgəsinə doğru buraxdığı üç qanadlı raketin qarşısının alındığını və məhv edildiyini açıqlayıb.
Həmin axşam daha sonra Məkkə və ölkənin cənub bölgələrinə yönəlmiş iki PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilib. Bundan sonra koalisiya qüvvələri çərşənbə günü gecə saatlarında ölkənin qərb bölgəsinə doğru buraxılan iki ballistik raketin də qarşısının alındığını açıqlayıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Noyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















