İmamoğlunun terror istintaqına ifadəsi yekunlaşdı YENİLƏNDİ
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan terror istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlunun dindirilməsi yekunlaşıb.
Redaktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 5 saat davam edən dirdirmə zamanı İmamoğlunun 18 səhifəlik ifadə verdiyi öyrənilib.
Əkrəm İmamoğlu İstanbul Baş Prokurorluğu tərəfindən sorğu-sual edilib.
***
Bu saatlarda İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan terror istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu ifadə verməyə başlayıb.
Əkrəm İmamoğlu İstanbul Baş Prokurorluğu tərəfindən sorğu-sual edilir.
Qeyd edək ki, həm “korrupsiya”, həm də “terror” araşdırmalarında şübhəli bilinən Əkrəm İmamoğlu dünən korrupsiya istintaqı ilə bağlı 121 səhifəlik ifadə verib.
İstanbul Baş Prokurorluğu tərəfindən Əkrəm İmamoğlu və 99 şübhəli barəsində “cinayət təşkilatının lideri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət almaq”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderdə saxtakarlıq etmək”, "terror təşkilatına yardım etmək" cinayətləri ilə bağlı istintaq başladılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 22 Mart 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















