Icma.az
close
up
RU
IMF ABŞ rüsumlarının Azərbaycan və region ölkələrinə təsirlərini açıqlayıb

IMF ABŞ rüsumlarının Azərbaycan və region ölkələrinə təsirlərini açıqlayıb

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Aprel ayından bəri müşahidə olunan ticarət gərginliyi əhəmiyyətli qeyri-müəyyənlik yaradıb. Bununla belə, ABŞ rüsumlarının Cənubi Qafqaz ölkələrinə birbaşa təsiri məhdud olacaq".

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktor müavini Tanos Arvanitis deyib.

O qeyd edib ki, region ölkələrinin ABŞ-yə ixrac həcmi nisbətən kiçikdir, enerji resursları – neft və qaza isə bu rüsumlar şamil olunmur. Beləcə, həmin ölkələrdən ABŞ-yə ixracat, neft və qazı çıxmaq şərti ilə, son dərəcə azdır və 10 faizlik əsas rüsum regionun iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.

Bununla belə Arvanitis hesab edir ki, ölkələr gərək üç əsas kanalla üzə çıxacaq birbaşa fəsadları nəzərə alsınlar.

“Birincisi, ticarət gərginliyi qlobal iqtisadi artım templərinə təsir edəcək. Bu isə öz növbəsində, Cənubi Qafqaz və Mərkəzi Asiyanın əsas ticarət tərəfdaşları olan ölkələrdəki artıma təsir göstərəcək. Həmin ölkələrin iqtisadiyyatındakı ləngimə region ölkələrinə də təsir edəcək. İkinci kanal maliyyə volatilliyi ilə bağlıdır. Maliyyə bazarları hələ qeyri-sabit qalmaqdadır. Ölkələrin diqqət yetirməli olduğu risklərdən biri də borclanma xərclərinin artmasıdır. İnkişaf etməkdə olan bazarlar, o cümlədən bu region ölkələri üçün borc spredləri artıb. Nəticə etibarı ilə , artan qeyri-müəyyənlik bu ölkələrə maliyyə bazarları vasitəsilə təsir edəcək”, – IMF rəsmisi bildirib.

Arvanitis digər təsir kanalının əmtəə qiymətlərində dəyişkənliklə bağlı olduğunu deyib: “Biz artıq bu hadisələri müşahidə edirik. Bu ilin əvvəlindən neftin qiyməti təxminən 15 faiz azalıb. Bu azalma region ölkələrinə onların neft idxalçısı və ya ixracatçısı olmasından asılı olaraq fərqli təsir göstərəcək. Şübhəsiz ki, bu, neft idxal edən ölkələr üçün əlverişli olacaq, lakin neft ixrac edənlərə mənfi təsir edəcək. Digər tərəfdən, bəzi digər əmtəələrin, xüsusilə də tarixi maksimumlara çatan qızılın qiyməti artır. Beləliklə, qızıl hasil edən ölkələr, o cümlədən Özbəkistan və regionun bir sıra digər dövlətləri bu metalın yüksək qiymətlərindən faydalanacaqlar. Buna görə də yalnız rüsumların birbaşa təsirini deyil, həm də müxtəlif kanallar vasitəsilə dolayı təsirlərini nəzərə almaq vacibdir ki, region ölkələri üçün mümkün nəticələri hərtərəfli dəyərləndirmək mümkün olsun”.

Bununla belə, o, ticarət məsələləri üzrə danışıqların davam etdiyini və ölkələrin qeyri-müəyyənliyin azaldılması və daha dayanıqlı, uzunmüddətli həll yollarının tapılması istiqamətində müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 May 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri