Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“İmişli” rəsmisi hədəfləri açıqladı: Başqa vaxt “Neftçi”yə söz də ata bilərik MÜSAHİBƏ

“İmişli” rəsmisi hədəfləri açıqladı: Başqa vaxt “Neftçi”yə söz də ata bilərik MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“İmişli” futbol klubunun İdarə Heyətinin sədri Aqşin Mürsəlovun Teleqraf-a müsahibəsi

- PFL-dən Quba Olimpiya İdman Kompleksinin stadionuna təftiş göndərməsini istəmisiniz. Niyə məhz Quba?

- Tək Quba deyil, PFL-in standartlarına cavab verən bir neçə yerə müraciət etmişik. Qərarı Təftiş komissiyası verəcək. Razılıq olsa, biz həmin stadionda digər işləri görməyə başlayacağıq. Klubların hansı stadionda oynamaları PFL-in Əsasnaməsi ilə tənzimlənir. Əlimizdəki stadionların adlarını göndərmişik, PFL-dən cavab gözləyirik. Bilirsiniz ki, ölkədə stadion qıtlığı var. Bunun əziyyətini “İmişli” də çəkir. Könül istərdi ki, İmişli şəhər stadionunda oynayaq. Təəssüf ki, bununla bağlı da məsələ gecikir. Mülkiyyət, şirkətin balansında olma məsələsi ilə əlaqədar təmirə başlaya bilmirik. Ümid edirik ki, ən qısa zamanda bu, həllini tapacaq. Müvəqqəti olaraq, istənilən stadionda oynamağa razıyıq. Əlimizdə başqa imkan yoxdur.

- ⁠Mülkiyyət məsələsi nəyə görə belə uzanır?

- ⁠Məsələn, bir maşına minmisiniz və təmir etdirirsiniz. Amma tək siz yox, başqaları da istifadə edir. Buna pul qoyarsınız? Problem bundadır. Biz təmir edirik, başqa biri gəlib istifadə edəcək. Yəni, necə istifadə edəcək? Bəlkə yararsız hala salacaq? Bu kimi çətinlikləri var. Digər tərəfdən, stadionu Premyer Liqa səviyyəsinə gətirmək üçün daha ciddi vəsait tələb olunur. Ona görə də özünə aid bir əmlaka külli miqdarda vəsait qoymaq da ehtiyatlıdır. Səhəri gün deyə bilər ki, müqavilən bitdi. Stadionu normal vəziyyətə gətirmək üçün 1,5 milyon manat lazımdır. Bizə zəmanət gərəkdir ki, pulu qoyuruqsa, istifadə edə bilək.

- ⁠”Səbail” Premyer Liqadan düşdükdən sonra “ASCO Arena”dan “İmişli”nin istifadə edəcəyi deyilirdi. Nə üçün bu variant alınmadı?

- ⁠Səhv etmirəmsə, ot örtüyündə problem oldu. Gənclər və İdman Nazirliyi, AFFA və SOCAR-ın balansında olan stadionlar var, hər birinə müraciət etmişik. Təftiş göndərildikdən sonra qərar veriləcək ki, hansında oynayacağıq.

- ⁠Premyer Liqanın debütantı olaraq Portuqaliyadan baş məşqçi gətirməyiniz də birmənalı qarşılanmadı. İctimaiyyətdə belə fikirlər formalaşdı ki, “İmişli” pul tapmırsa, nə məcburdur Portuqaliyadan baş məşqçi gətirir…

- ⁠Hər insanın öz fikri var, hörmətlə yanaşıram. Bizim yanaşmamız isə fərqlidir. Pul məsələsi deyil. Yerli məşqçilər də kifayət qədər büdcə istəyir, heç bir baş məşqçi havayı gəlmir. Demək olar ki, baş məşqçilər üçün büdcə aşağı-yuxarı eynidir. Portuqaliyalı baş məşqçi Jorje Kaskilyanın gətirilməsi birdən verilən qərar deyil. Uzun müddət araşdırma getdi. Bilirsiniz ki, portuqaliyalı futbolçuların çoxu Azərbaycanda daha yaxşı nəticə göstərir. “Qarabağ” və digər komandaların heyətində bunu görmək olur. Yeni transferlər də Portuqaliya və Braziliyadan formalaşıb. Düşünürəm ki, xarici baş məşqçinin olması bizim transfer siyasətimizə birbaşa təsir edir. Futbolçu gələrkən kiminlə işləyəcəyini bilir.

- ⁠Yeni mövsüm hədəfiniz nə olacaq?

- Çempionatın debütantı olsaq da, elitada qalmaq üçün gəlmirik. Əsas problemimiz stadionla bağlıdır. Hədəfimiz orta yerlərdir. Artıq 2026/2027 mövsümündə avrokuboklar uğrunda mübarizə apara bilərik. Ötənilki heyətdən 6-7 nəfər saxladıq. Növbəti il bu sayı daha çox etmək istəyirik. Düşünürəm ki, ilk “altılığ"a, bəlkə də ilk “səkkizliy"ə oynayacaq komanda formalaşdıra biləcəyik.

- ⁠Baş məşqçiniz buna nail ola bilməsə, şans verəcəksiniz, yoxsa bəzi komandalar kimi, mövsüm başa çatmamış yola salacaqsınız?

- ⁠Bu, indi veriləcək qərar deyil, zaman göstərəcək ki, hansı daha uyğundur. Bilirsiniz ki, bütün qərarlar verildiyi anda hamı tərəfindən doğru hesab olunmur. Biz seçim etmişik. İnanırıq ki, o, etimadımızı doğruldacaq. Amma yanlış çıxsa, əlbəttə, onun üçün də planımız var. O zaman nə etsək, açıqlayacağıq.

- ⁠Transfer siyasətiniz də sürətlə davam edir. Azər Salahlının transferi, daha doğrusu təqdimatı heç də birmənalı qarşılanmadı…

- ⁠Azər Salahlı peşəkar, milli komandanın üzvü və karyerası zəngin futbolçudur. Əvvəldən də açıqlama vermişdik ki, həm xarici oyunçular, həm də yerlilərlə bağlı transfer siyasətimiz davam edir. Bəzilərini açıqlamamışıq. 8-9 legioner cəlb etməyi düşünürük. Eyni zamanda gənc, təcrübəli yerli futbolçulara da inanmaq istəyirik. Bilirsiniz, yerliləri oynadarkən əlavə bonuslar hesablanacaq. Bu imkandan da yararlanacağıq. Əsas fikrimiz isə yerli futbolçularla yaxşı işlər görməkdir.

- ⁠Azər Salahlının təqdimatını edərkən “ağ-qara” günlər bitdi, “ağ günlər” başlayır yazılı video hazıflamışdınız ki, bununla da onun sabiq komandası “Neftçi”yə söz atmışdınız...

- ⁠”Neftçi” bizim köklü, sevimli klubumuzdur. Video ilə bağlı marketinq menecerimiz maraqlı ideya verdi, biz də dəstəklədik. Klublar arasında belə rəqabətin olması gözəldir. Hər bir klubla dostluq münasibətimiz var. Amma oyun zamanı, 90 dəqiqə ərzində rəqibik. Digər vaxtlarda söz də ata bilərik, fikir ayrılığımız da ola bilər. Düşünürəm ki, bu da normaldır.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri