Icma.az
close
up
RU
İmişli sakinləri də, mən də şok keçirmişik Razi Nurullayev

İmişli sakinləri də, mən də şok keçirmişik Razi Nurullayev

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

İmişlidə Dövlət Yol Polisi avtomobilinin törətdiyi qəza nəticəsində azyaşlı uşaqların həlak olması və xəsarət alması rayon sakinləri arasında ciddi etirazlar doğurub.

Belə ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən bəlli olub ki, sakinlərim hadisə baş verən əraziyə axını baş verib. Pravda.az "modern.az"a istunadən xəbər verir ki, olayla bağlı 81 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayevlə əlaqə saxlayıb.

Deputat qeyd edib ki, hadisələri yaxından izləyir.

“Hər an köməkçim və digər şəxslərlə əlaqə saxlayıram, medianı da oxuyuram. Ağır faciə baş verib. Ölənlərə rəhmət, ailələrinə isə səbr diləyirəm. Nəticəni gözləyək. Daxili İşlər Nazirliyinin də ilkin açıqlaması oldu, növbəti məlumatları da gözləyək, amma təbii ki, çox ağır bir faciədir. Bu faciə hamımızı sarsıtdı. İmişli sakinləri də, mən də, hamımız şok keçirmişik”.

Deputat İmişli sakinlərini sakit olmağa və hadisəyə hüquqi qiymətin verilməsini gözləməyə çağırıb.

“Mediadan da izlədiyim qədər insanlar davamlı küçələrə axışır. Mən bütün vətəndaşlarımızı sakitliyə və qanuna riayət etməyə səsləyirəm. Əminəm ki, bu məsələ ciddi şəkildə və qanuni yollarla tam şəffaf araşdırılacaq və günahkarlar da öz cəzasını alacaq. Amma vətəndaşların etiraz olaraq polis idarələrinə getməsi yolverilməzdir. Onları sakit olmağa və qanuna hörmət etməyə çağırıram. Onları çox yaxşı başa düşürəm, lakin istənilən halda hüquq-mühafizə orqanları hadisəyə lazımi hüquqi qiyməti tez bir zamanda verəcək. Bundan hər kəs əmin olsun”.

DİN-in Mətbuat Xidmətinin yaydığı məlumata görə, DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti maşın yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

TƏBİB-in məlumatına görə, hadisə nəticəsində 2 uşaq ölüb, 3 uşaq və qəzaya uğrayan DYP maşınını idarə edən polis yaralanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Yanvar 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see145

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see136

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see131

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri