İmişlidə baş verən hadisəni başqa istiqamətə yönəltmək cəhdləri lazımsızdır, təhlükəlidir
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
"İmişlidə avtonəqliyyat hadisəsi nəticəsində ölüm halının baş verməsi, iki uşağın həlak olması böyük faciədir. İnanıram ki, hadisəni müvafiq hüquq-mühafizə orqanları obyektiv və hərtərəfli araşdıraraq hüquqi qiymətini verəcək".
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu bu gün İmişli rayonunda baş vermiş avtonəqliyyat hadisəsinə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, bu faciəni ixtişaşa çevirməyi, dövlət əmlakına zərər yetirməyi, sui-istifadə hallarına yol verməyi doğru hesab etmir:
"Emosiyalarla hərəkət etmək heç də hadisənin araşdırılmasına və düzgün qiymət verilməsinə fayda gətirməz, əksinə ziyan verə bilər".
Əli Oruclu qeyd edib ki, Azərbaycanda il ərzində yüzlərlə yol nəqliyyat hadisəsi baş verir:
"İmişlidə baş verən qəza da talehsiz bir hadisədir. Mən insanların hisslərini anlayışla qarşılayıram, lakin bu hisslərdən sui-istifadəyə yol vermək, prosesi başqa istiqamətə yönəltmək cəhdləri indiki dönəmdə nəinki lazımsızdır, hətta təhlükəlidir. Ona görə də hadisələrə emosiyalarla deyil, hüquq çərçivəsində yanaşılmasını daha doğru yol hesab edirəm".
Süleyman
Bu mövzuda digər xəbərlər:İmişlidə baş verən hadisəni başqa istiqamətə yönəltmək cəhdləri lazımsızdır, təhlükəlidir
18 Yanvar 2025 21:14
İmişlidə baş verənləri siyasiləşdirmək cəhdləri yolverilməzdir
19 Yanvar 2025 14:03
İmişlidə evdə yanğın baş verib
25 Noyabr 2025 11:15
AQTA İmişlidə toyda baş verən kütləvi zəhərlənmənin səbəbini açıqlayıb
08 Oktyabr 2025 17:53
Baxış sayı:96
Bu xəbər 24 Yanvar 2025 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















