Icma.az
close
up
RU
İmişlidə bu karxanalarla bağlı tədbirlər görülür Fotolar

İmişlidə bu karxanalarla bağlı tədbirlər görülür Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İmişli rayonu ərazisində torpaq və təbii ehtiyatlardan qanunsuz istifadə hallarının, xüsusilə Araz çayı məcrasında və sanitar mühafizə zonasında yerləşən ərazilərdə aparılan qanunsuz qum-çınqıl hasilatının qarşısının alınması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq ardıcıl tədbirlər görülür.

“Qafqazinfo” xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə tərkibində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İmişli Rayon Polis Şöbəsi, bələdiyyə sədrləri və aidiyyəti üzrə nümayəndəliklərin təmsilçilərinin daxil olduğu Komissiya yaradılıb.

Komissiya tərəfindən 26–29 mayda aparılmış monitorinqlər zamanı İmişli rayonu ərazisində torpaq qanunvericiliyinin və yerin təkindən istifadə qaydalarının pozulması faktları aşkar edilmiş, o cümlədən qum-çınqıl hasilatının müvafiq icazə sənədləri olmadan həyata keçirildiyi müəyyən olunub.

Nəticədə, Komissiyanın keçirdiyi monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarının hər biri ilə bağlı qanunauyğun hüquqi tədbirlər görülməsi məqsədilə aktlar tərtib edilərək aidiyyəti üzrə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq orqanlara məktublar göndərilib.

Qeyd edək ki, aparılmış monitorinqlər zamanı qeydə alınmış foto materiallar qanunsuz fəaliyyətin miqyasını və ətraf mühitə vurulan ziyanın ciddiliyini əyani şəkildə əks etdirir. Hazırda monitorinqlər nəticəsində qanunsuz fəaliyyəti aşkar edilmiş qum-çınqıl karxanalarının texnika və avadanlıqları, İmişli RİH və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə ərazidən çıxarılaraq fəaliyyətləri dayandırılır.










Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri