Icma.az
close
up
RU
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ

İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün çox sevindirici haldır ki, ölkəmizin bütün rayonlarında, qəsəbələrində və kəndlərində abadlıq işləri həyata keçirilir. Əlbəttə, bunları birdən-birə gerçəkləşdirmək elə də asan deyil. Düz 30 ildən çoxdur ki, regionların  sosial-iqtisadi  inkişafı dövlətin və hökumətin daim diqqət mərkəzindədir. Təbii ki, hər hansı bir işi, böyük layihəni, quruculuq və abadlıq tədbirlərini  həyata keçirmək üçün öncədən maddi vəsait  lazımdır. Bu maddi vəsaiti də Azərbaycan Respublikası  öz daxili imkanları hesabına əldə edib. Heç kim  deyə bilməz ki,  istər müharibə dövründə, istərsə də  dinc dövrdə,  hansısa ölkə  bizə maddi  köməklik göstərib. Yəni bütün məsələlər öz ölkəmizin büdcəsi hesabına geçəkləşdirilib.

Onu da qeyd edək ki, ölkəmiz öz ərazi bütövlüyünü İkinci Qarabağ savaşında və antiterror əməliyyatında tam bərpa edəndən sonra regionların inkişafına və eləcə də işğaldan azad olunmuş rayonların  dirçəlişi üçün böyük  məbləğdə, daha doğrusu, milyardlarla manat  vəsait  ayırdı. Heç şübhəsiz, bu vəsaitin təyinatı üzrə xərclənməsi və eləcə də düzgün xərclənməsi  ən önəmli məsələlərdən biridir. İndi Azərbaycanda  işğaldan azad olunmuş rayonlar yenidən tikilməklə, qurulmaqla yanaşı, digər regionlarımız da bu böyük  quruculuq işlərindən kənarda qalmır. 

Ölkəmizdə möhtəşəm abadlıq, quruculuq, tikinti işləri gedən rayonlardan biri də  İmişlidir. İmişli daim  birmənalı olaraq deyə bilərik ki, Ümummilli Lider  Heydər Əliyevin və prezident  İlham Əliyevin  diqqət mərkəzində olub. Ona görə ki, 1993-cü ildə torpaqlarımız ermənilər tərəfindən işğal olunarkən Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının əhalisinin böyük bir hissəsi məcburi köçkün və qaçqın olaraq bu rayonda yerləşdirildi. Çətin vəziyyətdə olan insanlara qayğı göstərmək, qucaq açmaq, onlara yer vermək elə də asan deyildi. Elə bizim Böyük Bəhmənli kəndindən onlarla ailə İmişli şəhərində  və kəndlərində məskunlaşdılar. Onlara yerli camaat öz doğması, əzizi kimi baxdı. Çünki vaxtilə, daha doğrusu İkinci Dünya   Müharibəsində, yəni 1941-45-ci illərdə Füzuli  rayonu aclıq, çətin vəziyyət olan dövrdə İmişliyə və onun əhalisinə arxa durmuşdu. Və İmişli camaatı da bu yaxşılığı heç vaxt unutmamışdı.

Son 30 ildə İmişlidə çox möhtəşəm abadlıq, quruculuq və tikinti işləri  görülüb. Burda bir-birindən gözəl sosial obyektlər, xəstəxanalar, uşaq bağçaları, məktəblər inşa edilib. Və o məktəblərdə hər cür müasir texnologiya və texnika istifadəyə verilib. Aydındır ki, yeni sistemlə və yeni texnologiya ilə işləmək, şagird hazırlamaq və onları  vətənpərvərlik ruhunda tərbiyə  etmək daha əlverişlidir. Bu gün demək  olar ki, İmişlidə həm də müasir inzibati binalar, dövlət və digər qurumlar üçün hər cür tələblərə və standartlara cavab verən binalar inşa edilib. 

Onu da qeyd edək ki, İmişlidə yeni infrastrukturun, yolların çəkilməsinə, su, qaz və işıq xəttinin qurulmasına  da böyük önəm verilib. Bununla yanaşı, şəhərin və qəsəbənin mərkəzi küçələri, prospektləri əsaslı surətdə  yenidən təmir edilib və insanların istifadəsinə  verilib. Bir-birindən gözəl parklar, xiyabanlar və yaşıllıqlar zolağı salınıb. Nə az-nə çox, bu yerlərdə minlərlə müxtəlif növ ağaclar, yaşıllıqlar, bəzək kolları, güllər-çiçəklər əkilib. Bu gülləri, çiçəkləri, ağacları  əkmək nə qədər  çətindirsə, onu qorumaq, becərmək və yaşatmaq da bir o qədər zəhmət tələb edir. Bunun da  əziyyətini təbii ki, Mənzil Kommunal Təsərrüfatının əməkdaşları çəkirlər. 

Heç uzağa getməyək, səhər saatlarında İmişli şəhərinə kimin yolu düşsə dediyimiz hadisələrin şahidi ola bilər. Yəni  səhər saatlarında  şəhərin küçə və prospektləri birmənalı olaraq kommunal  işçilər tərəfindən süpürülüb təmizlənir və abad vəziyyətə salınır. İsti yay günləri isə küçələri  tozdan təmizləmək üçün maşınla sulayırlar. Eyni zamanda yeni əkilmiş ağacları da hər səhər  suvarmaq yaddan çıxmır. Çünki bu ağaclar şəhərə gözəllik gətirmək, sərinlik verməklə yanaşı, həm də qayğı və diqqət istəyir. 

İmişlinin ən gözəl yerlərindən biri  Heydər Əliyev parkıdır. Bu park son dərəcə milli və memarlıq üslubunda inşa edilib. Bütün mərmərlər yüksək keyfiyyəti ilə fərqlənir. Heydər Əliyevin abidəsi isə daha möhtəşəmdir. Bu möhtəşəmlik  onu göstərir ki, İmişli camaatı Ulu Öndərin  onlara göstərdiyi diqqət və qayğını heç vaxt unutmayıb  və yaddan çıxarmayıb.  

Səhər saat 11-12 radələrində  biz də bu möhtəşəm parka baş çəkdik.  Orda neçə-neçə insanın dincəldiyini  və istirahət etdiyini gördük. 85 yaşlı Əliş Nəbiyev bizimlə çox səmimi  söhbət elədi. Üstəlik də biləndə İmişliyə qonaq gəlmişik, ürəyi lap açıldı. Dedi ki, durun gedək bizə yaxşı bir qonalıq verim. Baxmayın ki, pensionerəm ey, amma imkanımız yaxşıdır. Yaxşı evimiz-eşiyimiz və şəraitimiz var. Əlli qonaq gəlsə yeməyə çörəyimiz, yatmağa yerimiz var. Birdən  elə bilərsiniz, şəkililərin sözü olmasın, ağızucu sizi qonaq dəvət edirəm. Allaha and olsun, tam ürəkdən deyirəm. Biz də onun səmimiyyətinə və qonaqpərvərliyinə inandıq və dedik ki, Əliş kişi, elə bil ki gedib çörəyinizi yemişik, çayınızı içmişik.  Bəs, camaatın  dolanışığı nətərdir? Oğul, işləyən adam həmişə yaxşı dolanır, gərək tənbəl olmayasan, çalışasan, vuruşasan çörək qazanasan. Mənim  övladlarım da özüm kimi çox zəhmətkeşdir, hamısı da işləyir. Şükür Allaha, rayonumuzda da vəziyyət lap yaxşıdır. Bir az çətinliyimiz olur, onu da yerli icra orqanları yoluna qoyur. 

Əliş kişinin yanındakı başqa bir insanla – Arif Əliyevlə də tanış olduq. O deyir ki,  orta sahibkarlıqla məşğuldur. Müəyyən bir iş qurub, özündən başqa  altı nəfəri də bu işə cəlb edib. Daha doğrusu,  icarəyə torpaq götürüb orda əkin-biçin işləri ilə məşğuldur. Arif kişi deyir ki, işimiz pis getmir, dövlət də bizə  iş görmək üçün maddi köməklik göstərir, yəni sahibkarların inkişafına İmişlidə icra hakimiyyəti tərəfindən köməklik olunur. Və biz də  lazım gələndə  rayonumuzun  tikinti-quruculuq və abadlıq işlərində yaxından iştirak edirik.

Bəli, bu gün də İmişlidə hara baxsan çox möhtəşəm quruculuq-tikinti işlərinin şahidi olarsan. Çünki bu quruculuq işləri  tək İmişli şəhərində deyil, onun kəndlərində, qəsəbələrində uğurla davam edir. Belə ki,  qəsəbələrə, kəndlərə yeni asfalt yollar çəkilib, orda məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa edilib. Bütün bu möhtəşəm işlərə görə İmişli  camaatı prezident İlham Əliyevə minnətdardır. Onlar deyirlər ki, şükür olsun ki, ölkəmizdə əmin-amanlıqdır, rahatlıqdır. Və əmin-amanlıq, rahatlıq olan yerdə isə həmişə rahatlıq, sakitlik, dinclik və ruzi bolluğu olur! 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Mart 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri