İmişlinin avtomobil yollarında yenidənqurma işləri aparıldı Fotolar
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması artıq ənənə halını alıb. Belə ki, sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.
“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində İmişli şəhərinin kompakt yaşayış massivlərində gediş-gəlişin çox olduğu nəzərə alınaraq, Nizami Ocaqov, Mikayıl Məmmədov, Səttar Şirəliyev, Əli Həmidov, Cavidan Məmmədli və Qaçaq Nəbi küçələrinin avtomobil yollarında əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib.
Aparılan işlər zamanı yolun hərəkət hissələrinə yararlı qrunt tökülüb, xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yataqları inşa edilib. Yol yataqları hazır olduqdan sonra qırmadaş layı döşənərək yeni yol əsaslarının tikintisi aparılıb. Torpaq işləri yekunlaşdıqdan sonra “İnşaat Norma və Qaydaları”na əsasən yollara lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib. Beləliklə, avtomobil yollarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.
Xatırladaq ki, bu tədbirlərin icrası sözügedən ərazilərdə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 Yanvar 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















