İmişlinin avtomobil yollarında yenidənqurma işləri yekunlaşdı Fotolar
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İmişli şəhəri ərazisində daha bir neçə avtomobil yolunun tikintisi başa çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, Həzi Aslanov, Lətif Vəliyev, Rövşən Əbilov, Fəxri Şahbazov və Rafiq Əliyev küçələrində aparılan əsaslı təmir işləri çərçivəsində yol infrastrukturu tam yenilənib, uzun müddət əsaslı təmir olunmayan avtomobil yolları müasir standartlara uyğun şəkildə bərpa edilib.
Yenidənqurma işləri zamanı ilkin olaraq torpaq və çınqıl örtüklü yeni yol yatağı formalaşdırılıb, növbəti mərhələdə həmin yol üzrə müasir standartlara cavab verən asfalt örtüyü döşənib. Bütün işlər müəyyən edilmiş qrafikə uyğun, texnoloji ardıcıllıq gözlənilməklə və yüksək keyfiyyətlə icra olunub. Beləliklə, avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırıb və avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.
Qeyd edək ki, 2025-ci ildə İmişli şəhəri ərazisində ümumilikdə 4.5 km avtomobil yoluna 24000 kv.metrə yaxın asfalt örütüyü qoyulub.









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 16 Yanvar 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















