“İmişli”nin əməkdaşları “Trabzonspor”da
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"İmişli"nin nümayəndə heyəti Türkiyənin Trabzon şəhərinə səfər çərçivəsində "Trabzonspor" futbol klubunda 5 günlük təcrübə proqramında olublar. Sport24.az xəbər verir ki, səfərdə klubun oyunların təşkili üzrə meneceri İlkin Əhmədov və komandanın meneceri Mədət Eminbəyli iştirak ediblər.
"Trabzonspor"un meneceri Əmrah Tokun dəvəti ilə baş tutan səfər zamanı nümayəndələr əsas komandanın bazası, qadın futbol akademiyası və alt yaş qrupları üzrə təlim-məşq mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində klubun baş məşqçisi Fateh Təkkə və rəhbərliklə keçirilən görüşlərdə oyunların təşkili, əməkdaşlıq imkanları və təcrübə mübadiləsi müzakirə edilib.
Bununla yanaşı, "Trabzonspor" klubunun uşaq futbol akademiyası ziyarət edilib, akademiyanın rəhbəri İlkər Ərdəmlə qarşılıqlı əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub.
Baxış sayı:90
Bu xəbər 07 May 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















