İmkan vermək olmaz ki, çox böyük zəhmət hesabına yaranmış ictimai siyasi sabitlik pozulsun
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycan, cənab Prezidentin liderliyi ilə, böyük bir yol keçmiş, iqtisadi inkişafa güclü orduya sahib olmuş, torpaqlarını işğaldan azad etmiş, 200 illik separatizmə son qoymaqla dünya erməniliyinə, onların himayədarlarına qalib gəlmiş dövlətdir. Ölkəmizin və Prezidentimizin beynəlxalq nüfuzu hər birimizin qürur mənbəyinə çevrilmişdir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, biz, tariximizin ən güclü dövrünü yaşayırıq:
"İmkan vermək olmaz ki, çox böyük zəhmət hesabına yaranmış ictimai-siyasi sabitlik pozulsun, bəzi yerində olmayan, yaramaz məmurların biabırçı hərəkətləri, Prezidentin apardığı siyasətə kölgə salsın, milli birliyimizə xələl gəlsin. 30 illik məğlub durumumuzu, bəzi Post-sovet ölkələrindəki həll olunmamış münaqişələri, Ukraynada, İraqda, Suriyada, İranda, Livanda, Fələstində, Yəməndə, liviyada, Əfqanıstanda, Ruandada, bəzi Afrika ölkələrində və dünyanın müxtəlif yerlərində baş verən faciələri unutmamalıyıq".
Deputat qeyd edib ki, Azərbaycanın güclənməsini, müstəqil siyasətini həzm edə bilməyən güclər hər zaman olub, var, gələcəkdə də olacaq:
"Həmin qüvvələr, cəmiyyətin zəif yerlərini axtarır və onları ələ almaqla, milli birliyi parçalamaq istəyirlər. Ona görə də, hər birimizin şüurunda əvvəl dövlətçilik, daha sonra isə, digər məsələlər durmalıdır".
Süleyman
Bu mövzuda digər xəbərlər:“Şahramanyanın danışmasına imkan vermək olmaz”
03 Sentyabr 2025 12:59
“Bəzən imkan vermək lazımdır ki, döyüşsünlər”
30 Oktyabr 2025 10:52
SEPAH ın Zəngəzur dəhlizi isteriyası: “İmkan vermək olmaz”
16 Sentyabr 2025 14:44
Qalib xalqımızın həmrəyliyini pozmağa çalışanlara imkan vermək olmaz
13 Sentyabr 2025 18:21
“İrana nüvə silahı əldə etməyə imkan vermək olmaz”
11 Fevral 2025 15:17
Baxış sayı:80
Bu xəbər 05 Noyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















