Icma.az
close
up
RU
İmmunitet nədir? İmmuniteti artırmaq üçün VASİTƏLƏR

İmmunitet nədir? İmmuniteti artırmaq üçün VASİTƏLƏR

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Saglamolun.az oxucularına tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir.

İmmunitet nədir sualına ilk cavab “orqanizmin xəstəliklərə qarşı müqavimət gücü” olur. Bəs necə etmək lazımdır ki, orqanizm xəstəliklərə az məruz qalsın və tutulduqda da onları rahat keçirsin? Bəziləri bunun çarəsini çox yeməkdə, bəziləri çox yatmaqda görürlər.

Allah bizim hamımıza bəlli bir ömür vermişdir, biz bu ömrü sağlam da yaşaya bilərik, xəstə də. Elə yaşamaq lazımdır ki, bizə Allahın əmanəti olan can həmişə sağlam olsun. İmmunitetin əsası hələ ana bətnində qoyulur. Hamilə qadınlar bol-bol meyvə-tərəvəz yedikdə, çiy su içdikdə, açıq havada gəzdikdə və əsəbdən özünü qoruduqda doğulacaq körpənin immun sistemi də düzgün formalaşır.

Çalışmaq lazımdır ki, doğuş təbii yolla olsun, bunun yenidoğulmuşun immun sisteminə faydası çoxdur. Analar maksimum dərəcədə körpəni ana südü ilə böyütməlidir. Televiziya reklamlarında süni qidaların ana südündən daha faydalı olduğu deyilsə də bu fikirlər əsassızdır. Çünki ana südünün tərkibində xüsusi antitellər var, bunlar uşağın orqanizminə daxil olaraq immuniteti formalaşdırır.

Sağlam olmaq üçün nə etməliyik?

Birinci növbədə immun sistemi zəiflədən yeməkləri tanıyıb onlardan imtina etmək lazımdır. Bunlara ağ çörək, şirniyyatlar, çipslər, qazlı içkilər, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir. Ümumiyyətlə, imkan daxilində təbii ərzaqlara üstünlük verilməlidir, sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə mənfi təsir edir.

Hər yemək qəbulundan əvvəl meyvə, salat və tərəvəzlərin qəbulu, hər dəfə yalnız 1 növ yeməyin yeyilməsi və qida məhsullarının bir-birinə qarışdırılmaması önəmlidir. Ət yeməklərini çox yeməyə vərdiş etməyin, mədəni yeməklə tam doldurmayın, acmamış yemək yeməyin, doymamış süfrədən durun. Yemək zamanı göyərtilərdən, soğandan, sarımsaqdan bol istifadə edin. Meyvəni ya yeməklərdən yarım saat əvvəl, ya da 2 saat sonra yeyin.

Hər gün açıq havada 2 saata yaxın gəzmək bədənin müqavimətini artırır.

İmmunitetin ən əsas düşmənlərindən biri də əsəb gərginliyidir. Özünüzü əsəb və stresdən qoruyun.

Yeməkdən sonra ya 1 stəkan qatıq, ya da kefir içməyə vərdiş edin, bu, bağırsaq mikroflorası üçün önəmlidir. Yayda 2 litr, qışda 0.8 litr çiy su için. Gündə 1 stəkan bal şərbəti için, ona alma sirkəsi də qarışdırılsa daha yaxşıdır. Gündə 1 xörək qaşığı qara zirə yağı içmək immuniteti artırır. Çobanyastığı, cökə, dazıotu, bağayarpağı, biyan kökü, andız, udi hindi, güldəfnə, məkkəgülü, zəfəran, zəncəfil, darçın, dəvədabanı, bibəriyyə, adaçayı, solmazçiçəyi, ballınanə, kəklikotu, itburnu, qatırquyruğu kimi bitkiləri növbəli şəkildə çay kimi dəmləyib içdikdə və ya 10 gün müddətində gündə 3 stəkan İmmunotea çayı qəbul etdikdə immun sistemi gücləndirmiş oluruq.
İmmuniteti artırmaq üçün məcun:

- Zəncəfil tozu – 50 qram

- Jenşen kökünün tozu – 50 qram

- Çiçək tozu – 50 qram

- Ud hindi tozu – 50 qram

- Exinaseya kökünün tozu – 50 qram

- Biyan kökünün tozu – 50 qram

- Bal – 750 qram

- Keçibuynuzu bəkməzi – 750 qram.

Mövsümi meyvələri bol-bol yeyin, infeksion xəstəlik yayılmış yerlərə getməyin. İnsanın sağlam olması üçün orqanları qida maddələri və oksigenlə təmin edən qanın mütləq təmiz və saf olması lazımdır. Bunun üçün ildə 2 dəfə həcəmət (hicama) etdirmək, həmçinin ildə 2 dəfə, hər dəfə 40 ədəd olmaq şərti ilə zəli qoydurmaq faydalıdır.

İmmunitetin həmişə yüksək səviyyədə olması üçün xüsusi məcun hazırlamaq olar. Böyüklər ildə iki dəfə hər dəfə də 1 kq, uşaqlar isə 0.5 kq hazırlanan məcundan yeməlidir. Qəbul dozası belədir: böyüklər 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul edir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see466

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see271

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see266

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see262

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see254

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see253

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see250

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see246

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see241

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see234

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see232

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see232

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see228

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see220

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see216

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see206

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see205

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see198

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see196

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri