İmpiçment təklifi və ani istefa prezident kürsüsünə əyləşmədən gedir
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Cənubi Koreyada prezident səlahiyyətlərini icra edəcək şəxs istefa verir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreyanın vitse-premyeri Çxve San Mok 2 maydan etibarən prezidentin səlahiyyətlərini icra etməli idi. Lakin o, vəzifəsindən istefa vermək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Cənubi Koreya parlamentinin plenar iclasında Çxve San Moka qarşı impiçment təklifi təqdim olunmuşdu.
Xatırladaq ki, daha əvvəl prezident səlahiyyətlərini müvəqqəti icra edən Baş nazir Han Dok Su da istefa verib. Bildirilir ki, o, 3 iyunda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.
Aysel Əliyeva
Globalinfo.az

