Icma.az
close
up
RU
İmtahan sualları satılıb, 1310 balla oğlum heç yerə düşmədi

İmtahan sualları satılıb, 1310 balla oğlum heç yerə düşmədi

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetinə qəbul ola bilmədi. Çünki suallar bəzi kurslar tərəfindən satıldı. Ballar bu il birdən-birə 1500-1600-ə qalxdı. Bu, necə ola bilər?!

Bakupost.az xəbər verir ki, bu sözləri aparıcı Aytəkin Mərdanova ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova ilə İnstaqramda canlı yayımda deyib.

Aparıcı imtahan suallarının satıldığını iddia edib və oğlunun yüksək bal toplamasına baxmayaraq, universitetə qəbul olmadığını bildirib:

"Uşağım 6 ay hazırlaşdı. 1310 bal toplayıb, getdik və bizə heyvandarlıq təklif olunur. Uşağım bu fakültəni istəmir. Oğlum deyir ki, əgər 1500 bal toplayıramsa, gedib Amerikada oxuyaram. Tələbələrə təklif edirdilər ki, kiminsə yerinə imtahana girin. ADA Universitetinə getdim, uşaqlar yüksək balla heç bir yerə qəbul ola bilmirlər. Nə üçün 1500, 1600 bal toplayan uşaqların görüntüsünü yayıb, tanıtmırlar? Paylaşsınlar, biz də tanıyaq həmin istedadlıları. İki il idi xaricə düşünürdük. Amma sonra fikrimizi dəyişdik, ötən ilin balına uyğun fakültə seçdik. Ötən il 1240 balla riyaziyyat fakültəsini çoxları qəbul etməyib. Bu il 1440 balla uşaqlar həmin fakültədədir. Çox istəyərdik qanunsuzluq üzə çıxsın. Bundan sonra biz heç həmin universitetə yenidən müaricət edə bilmərik. Amma digər tələbələrin haqqı tapdalanmasın. Onsuz oğlum Avropa və ya Türkiyədə universitetə gedəcək. Yetəri qədər savadı var. Sadəcə, stress keçirtdik. Necə olur 1310 balla oğlum heç yerə düşmədi? Burada ADA Universitetinin günahı yox idi, kurslar bunu etdi".

Q.Ataşova məsələ ilə bağlı danışarkən, "Heç Amerikada ingilis dili təmiz olanlar 1600 bal toplamır. Azərbaycanda bu, necə baş verib? Oğlumun ingilis dostu olan qız 1000 bal toplayıb sevinir. Dövlət yüksək balla qəbul olan uşaqları nəzarətə götürməli, yenidən yoxlamalıdır. Həmin sualları satanlar yoxlanılmalıdır. Çünki ölkənin təhlükəsizlik xidmətinə girir bunlar. Kompüterin qarşısında uşaq oturur, amma başqası girib orda onun yerinə imtahanı verir. Yəni uzaqdan idarə edir. Bütün bunlar araşdırılmalıdır. Valideynlər hamısı birlikdə ərizə yazmalı, şikayət etməlidir", - deyə vurğulayıb.

Qeyd edək ki, Q.Ataşova bundan əvvəl də SAT imtahanlarında saxtakarlığa yol verilməsi ilə bağlı paylaşım etmişdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Avqust 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri