“İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İmtahan suallarının real həyatla uyğunluğunun artırılması olduqca vacib məqamdır”.
“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
Nazir imtahanlar üçün sualları hazırlayan müəllimlərə də müraciət edərək bildirib ki, bəzi hallarda suallar bilikləri ölçməkdən çox, iştirakçıları çaşdırmağa yönəlir ki, bu da düzgün yanaşma deyil.
O əlavə edib ki, imtahan tapşırıqları şagirdlərin nə dərəcədə bilik və bacarıqlara malik olduğunu obyektiv şəkildə müəyyən etməlidir. Bu yanaşmanın dəyişdirilməsi isə yalnız ayrı-ayrı qurumların deyil, ümumilikdə Azərbaycan pedaqoji mühitinin qarşısında duran əsas vəzifələrdən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 10 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















