İmzalar atıldı: Rusiya Şimali Koreya ilə strateji tərəfdaş oldu
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Rusiya və Şimali Koreya arasında əməkdaşlıq ABŞ və Avropanın bütün reaksiyalarına baxmayaraq, sürət qazanmağa davam edir.
Sherg.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya ilə qarşılıqlı müdafiə bəndini ehtiva edən strateji tərəfdaşlığa dair saziş imzalayıb.
Bildirilib ki, dünən dərc olunan fərmanla elan edilən razılaşma Putin və Şimali Koreya lideri Kim Çen In arasında iyun ayında Pxenyanda keçirilən zirvə görüşündən sonra imzalanıb.
Müqavilə silahlı basqın zamanı tərəflərin bir-birinə kömək edəcəyini qeyd edir.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı Şimali Koreyanın Rusiyaya 11 min əsgər göndərdiyini və onlardan bəzilərinin Rusiyanın cənubundakı Kursk bölgəsində Kiyev qüvvələri ilə toqquşduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















