İnam Kərimov: Pakistanın məhkəmə orqanları ilə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensial mövcuddur
Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pakistan İslam Respublikasının hüquq və ədliyyə naziri Azam Nazeer Tararın rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov xalqların ortaq dini, tarixi və mədəni dəyərlərə əsaslanan qardaşlıq münasibətlərindən bəhs edib.
Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlıq əlaqələri bütün sahələrdə, o cümlədən hüquq və ədliyyə sistemində də daim inkişaf edir.
Görüşdə Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar və hüquqi dövlət quruculuğu sahəsində əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verilib. Həmçinin məhkəmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb. Məhkəmə sistemlərinin inkişafı, hüquq islahatları, hakimlərin tədrisi və ixtisasartırması sahələrində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edilib.
Pakistanın hüquq və ədliyyə naziri Azam Nazeer Tarar öz növbəsində səmimi qəbula görə təşəkkür edib və Azərbaycanla hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin iki ölkənin məhkəmə sistemləri üçün faydalı olacağını bildirib. Hüquq sahəsində bilik və təcrübə mübadiləsinin qarşılıqlı fayda verəcəyi vurğulanıb, bu istiqamətdə praktiki addımların atılmasının zəruriliyi diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 İyul 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















