Icma.az
close
up
RU
İnam Kərimov Türkiyədə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak edib

İnam Kərimov Türkiyədə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak edib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin 6-7 may tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak etmək üçün Türkiyə Respublikasının Antalya şəhərində səfərdə olub.

Ali Məhkəmədən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində təşkil olunmuş Konfransda çıxış edən İnam Kərimov qeyd edib ki, Türk Dövlətlərinin Ali Məhkəmələrinin vahid platformada növbəti dəfə bir araya gəlməsi birgə dəyərlər və ortaq hüquqi irs əsasında əməkdaşlığı gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüsün rəsmi təməlinin 2023-cü ilin 19 oktyabrında Azərbaycanın Şuşa şəhərində imzalanmış Bəyannamə ilə qoyulduğunu xatırladan sədr Konfransın hüquqi əməkdaşlığın başlanğıcı üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırıb. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanaraq, türk dünyası ölkələrinin birliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Qeyd edilib ki, müasir dövrdə məhkəmə sistemlərinin qarşısında duran əsas vəzifələrdən biri ədalət mühakiməsinin şəffaf və çevik həyata keçirilməsi, bu sahədə səmərəliliyin artırılması, vətəndaşların ədalətə çıxış imkanlarının genişləndirilməsidir. Azərbaycanın məhkəmə-hüquq sistemində son illərdə həyata keçirilən mütərəqqi islahatlar da bu məqsədlərə xidmət edir.

Çıxışda türk dövlətlərinin ali məhkəmələri arasında daha çox mütərəqqi layihələrin həyata keçirilməsi, gənc hüquqşünasların və hakimlərin yetişdirilməsi və beynəlxalq təcrübənin tətbiqinin vacibliyi vurğulanıb. Təklif edilib ki, Türk Dövlətləri Ali Məhkəmələri Konfransının növbəti iclaslarında hüquqşünas və hakimlərin iştirakı ilə ədalət mühakiməsi qarşısında duran yeni çağırışlar, məhkəmə sahəsində vahid təcrübə yaradan qərarların qarşılıqlı öyrənilməsi istiqamətində müzakirələr təşkil edilsin. Eyni zamanda məhkəmə qərarlarının və hüquqi praktikaların müqayisəsi və müasir yanaşmaların tətbiqinin faydalı olacağı diqqətə çatdırılıb.

Konfransda digər çıxışlar da dinlənilib.

Sonda Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib.

Səfər Çərçivəsində İnam Kərimov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz və Türkiyə Ali İnzibati Məhkəməsinin sədri Zeki Yiğitlə görüş keçirib. Görüşlərdə iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 May 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see301

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see200

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see156

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see148

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri