Icma.az
close
up
RU
İnam, ümid verən milli: Ukrayna ilə oyuna sözardı

İnam, ümid verən milli: Ukrayna ilə oyuna sözardı

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisi Dünya Çempionatının 2026-nın seçmə mərhələsindəki oktyabr oyunları Ukraynaya məğlubiyyətlə başa çatdı. Krakovda keçirilən görüş gərgin və meydanın hər qarışı uğrunda mübarizə şəraitində keçdi, hər iki komanda real qol imkanlarına malik idi. Rəqibin 2:1 hesablı çətin qələbəsi də bunu təsdiqləyir. Bununla belə, Ayxan Abbasovun yetirmələrinin oyunu gələcək inkişaf baxımından kifayət qədər ümidverici təsir bağışladı.

İdman.biz xatırladır ki, “sarı-göy”lərə qarşı Bakıda keçirilmiş ilk oyundan sonra bir çox mütəxəssislər yeni baş məşqçimizin qısa müddət ərzində komandanı ağıllı futbol oynamağa yönəltdiyini və əsas diqqəti müdafiəyə verdiyini qeyd edirdilər. Bu fikirlə razılaşmamaq çətin idi, çünki Ayxan Abbasovun sələfi Fernando Santuşun rəhbərliyi dövründə yığma Millətlər Liqasında və seçmə mərhələnin startında, xüsusilə Reykyavikdə ağır məğlubiyyətlər almışdı.

Komanda bir gündə qurulmur, A. Abbasov isə çox çətin vəziyyətdə yığmanın sükanı arxasına keçib. Parisdə ağır oyundan cəmi bir neçə gün sonra futbolçular Krakovda yenidən meydana çıxmalı və nəticə uğrunda mübarizə aparmalı idilər. Amma daha önəmlisi odur ki, baş məşqçi milliyə döyüş ruhu, mübarizə istəyi və son illərdə çatışmayan o “alovu” qaytara bilib. Ukrayna ilə cavab görüşü də bunu bir daha sübut etdi. Komanda hücumda çox yaxşı təsir bağışladı ki, bu da sevindirici məqam idi.

Oyunun ilk dəqiqələrindən millimiz qələbə əzmini ortaya qoydu. Elvin Cəfərquliyevin əla ötürməsini alan Nəriman Axundzadənin hesabı açmaq üçün yaxşı şansı olsa da, ukraynalı müdafiəçi topun qapı xəttini keçməsinə imkan vermədi. Bir qədər sonra Cəfərquliyev-Axundzadə tandemi yenə özünü göstərdi. Bu dəfə Nəriman topu bir toxunuşla qapıya göndərdi, lakin epizod Vitali Mikolenkonun avtoqolu kimi qeydə alındı. Bu qol Azərbaycan yığmasına fasiləyə bərabərliklə yollanmağa şərait yaratdı - xüsusən də Aleksey Qutsulyakın hesabı açmasından 15 dəqiqə sonra bərabərlik təmin olundu.

İkinci hissə daha da maraqlı keçdi. Oyun bəzən qarşılıqlı hücumlar şəklində davam edirdi, baxmayaraq ki, rəqib təşəbbüsü ələ almağa və oyunu diktə etməyə çalışırdı. “Sarı-göy”lər tez-tez uzaq məsafədən zərbələrə əl ataraq təzyiqi artırmaq istəyirdilər. Azərbaycan müdafiəsi ümumilikdə etibarlı təsir bağışladı, lakin bircə epizoddakı anlaşılmazlıq Ruslan Malinovskinin qoluyla nəticələndi.

Sonradan millimiz hesabı bərabərləşdirmək üçün irəli atıldı və bir neçə təhlükəli vəziyyət yaratdı. Toral Bayramov cərimə meydançasının kənarından güclü zərbə endirsə də, meydan sahiblərinin kapitanı Nikolay Matviyenko topun qarşısını kəsməyə nail oldu. Artıq əlavə olunmuş dəqiqələrdə isə Emin Mahmudovun cərimə zərbəsindən göndərdiyi top qapıdan bir qədər aralı keçdi.

Nəticədə Azərbaycan millisi bir top fərqi ilə (2:1) məğlub olsa da, məzmunlu və baxımlı futbol sərgilədi ki, bu da gələcəyə inam yaradır.

Oyundan sonra Ayxan Abbasovun sözləri yadda qaldı:

“Əgər əhval-ruhiyyə və döyüş ruhu varsa, yorğunluğu hiss etmirsən. Fiziki göstəricilərə görə, Emin Mahmudov komandada ən yaxşısıdır. Ola bilsin, artıq gücü qalmamışdı, amma baxın, oyunun sonunda necə möhtəşəm müdaxilə etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdılar, uduzmaq istəmirdilər. Oyundan əvvəl onlara dedim: “Yorğunluğu psixoloji problemə çevirməyin”. Buna öyrəşmək lazımdır - turnir bunu tələb edir.”

Bu qarşılaşma göstərdi ki, Azərbaycan millisində ruh, istək və potensial var. Bütün bu amillər bir araya gələndə gələcəyə plan qurmaq üçün əsas yaranır. Komandaya və onun oyunlarına maraq da artır, buna görə də noyabrda keçiriləcək son seçmə oyunlar böyük maraqla gözlənilir. 14 noyabrda Bakıda İslandiyanı, üç gün sonra isə Fransanı qəbul edəcəyik.

Beləliklə, millinin ifasında bizi gərgin, maraqlı, həyəcanlı qarşılaşmalar gözləyir.

Zəki Feyzullayev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri