Icma.az
close
up
RU
İnam yenə də efir məkanında ilkə imza atdı

İnam yenə də efir məkanında ilkə imza atdı

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın efir məkanında və mənəvi mühitində özünəməxsus yeri olan "İnam" verilişi Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin rəhbərliyi ilə  Ramazan ayında adi günlərdəki verilişlərdən fərqlənir. Belə ki, Ramazan ayında "İnam” verilişinə dəvət olunan tanınmış mənəviyyat adamları Ramazanın fəzilətləri, bu ayın rəhmət, şəfqət ayı olaraq insanlarımıza, xüsusilə gənclərimizə düzgün təbliğ edilməsi missiyasını öz üzərinə götürür.

Ölkədə insanların milli-mənəvi dəyərlərə köklənməsinə, cəmiyyətin aydınlanmasına və maariflənməsinə öz tövhəsini verən "İnam” Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri, tanınmış mədəniyyət xadimləri, sənət adamları ilə birgə insanlara doğruluğun aydın yolunu göstərmək, haqq ilə batili bir-birindən ayırmaq, Allah yolunda tutulan orucun vacibliyi, oruc tutan insanın həm mənən saflaşdığı, pisliklərdən, bəd əməllərdən, qeybətdən uzaq dayandığı, həm də fiziki cəhətdən sağlamlaşdığı barədə məlumatlandırırlar. "İnam” komandası Ramazan ayının başlandığı gündən bu məsuliyyətli vəzifənin öhdəsindən layiqi ilə gəlir. "İnam”ın bu layihəsində Azərbaycanın tanınmış siyasi, ictimai xadimləri, şair və yazıçıları, həkimləri, xanəndələri, ilahiyyatçıları Ramazan ayının fəzilətindən irəli gələrək düşüncələri ilə insanların mənəvi dünyasına  işıq salır. Xüsusilə, Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin dəvət aldığı bu verilişlərdə ölkənin dini mühitinə mesajlar verilir, gənc nəslə kənar təsirlərdən uzaq olmaq, dini mühitdə fitnə-fəsada yer olmadığı bir daha dilə gətirilir.

Bu veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. "İnam” verilişinin əsas məqsədi milli və mənəvi dəyərlərin doğru və düzgün şəkildə insanlara aşılanmasıdır. 

Eləcə də, inanclı insanların vəkaləti ilə Ramazan ayında oxunanan Quranların xətmi ilə də "İnam" bir ilkə imza atmış olacaq. Bu gün ehtimal olunan sonuncu Qədir gecəsində "İnam"ın işığında şəhidlərimizə və Ulu öndər Heydər Əliyevə, Akademik Zərifə Əliyeva  xətm edilən Quranı Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri oxuyacaq. Xətm edilən Quranın isə sonuncu duasını Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli həyata keçirəcək. 

Yüzlərlə vətəndaş Ramazan ayında oxunan Quranların xətmini "İnam” verilişinə həvalə edib. Bu Azərbaycanın dini mühitində bir ilk sayılır və  insanların verilişə olan inam və etimadıdır. İnsanlar oxuduqları Quran kəlamlarının məhz "İnam”ın işığında xətm olunmasını istəyirlər. Onu qeyd etmək lazımdır ki, "İnam" inanclı insanların duyğularının başqa ölkələr tərəfindən istismar edilməsinin qarşısını kəsə bilib. Artıq insanlar yad ölkələrdən yönələn fətvalara deyil, Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin fətvalarına diqqət ayırdılar. Həm də son 30 ildə "İnam" ona nail ola bildi ki, xalq hansı görüş mənsubu olmasına baxmayaraq, eyni gündə-ayın 10-da bayram etməyə başladı. Əlbəttə ki, bu məsələdə "İnam" verilişinin ideoloji cəbhədə apardığı mübarizə öz uğurlu nəticəsini verdi.

Ötən il olduğu kimi, bu il də "İnam" dövlət-din münasibətlərinin möhkəmlənməsində müstəsna rol oynadı. Dünyəvi dövlət olmasına baxmayaraq, dini dəyərlərin əsl himayəçisinin Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin olduğunun dünyaya göstərə bildi. Qürurverici haldır ki, başqa ölkələrdə yaşayan həmvətənlərimiz, eləcə də müsəlman aləmi "İnam" verilişi vasitəsilə Azərbaycanda dinin doğrularının rahatlıqla izləyə bildilər. "İnam" da bir ay ərzində insanlar tək Ramazan ayı ilə yox, bütövlükdə İslam dinin və onun doğruları barədə din ailmərinin, ilahiyyatçıların elmi-nəzəri yanaşmasına şahidlik etdilər. 

Bütövlükdə Seyid Camal Əzimbəyliinin rəhbərliyi ilə "İnam" komandası gecə-gündüz bilmədən, hətta telekanalın binasından çıxmadan gələn on minlərlə sualı hətta yazılı şəkildə cavablandırmağa çalışdı. Hamıya bəllidir ki,  bu sualların hamısını efir vasitəsilə cavablandırmaq mümkün deyil.
Beləliklə, "İnam"ın timsalında dünya Azərbaycanda tolerantlığın, vəhdətin nümunəsini bir daha görmüş oldu. "Space" televiziyası isə "İnam" verilişinə geniş efir imkanı yaratmaqla Azərbaycanın dövlət-din siyasətinə dəstəyini vermiş oldu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Mart 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri