Icma.az
close
up
RU
İnanca hörmət, dövlət prinsiplərinə sədaqət!

İnanca hörmət, dövlət prinsiplərinə sədaqət!

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Din dövlətdən ayrıdır, dövlət təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Bu prinsipə hörmət etmək hər birimizin ortaq məsuliyyətidir.

Bu gün baş verənlər ölkəmizdə fanatizmlə bağlı nə qədər böyük təlatümlərin ola biləcəyi ehtimalını, təəssüf ki, bizə əyani göstərir.

Dövlətin bu gün məktəbli geyimləri ilə bağlı atdığı addım və tətbiq edilən qaydalar nə din düşmənliyidir, nə də hicaba və hicablı balalarımıza qarşı qərəzdir.

Uzun illər ərzində hicablı müəllimlərimizin və şagirdlərimizin məktəb mühitimizdə ən yaxşı formada təmsil olunması da bunun əyani sübutudur. Verilən qərarın bu gün tətbiqi və bu tətbiqə qarşı hədsiz aqressiyanın, zorakılığın və şiddətin mövcudluğu istənilən zaman milli məsələlərə qarşı provokativ addımların atıla biləcəyini, təəssüf ki, bizə göstərir.

Heç kimin geyimi mübahisə və müzakirə mövzusu deyil. Lakin unutmaq olmaz ki, məktəblərimiz dövlətimiz və vətənimiz üçün ən strateji sahələrdəndir. Körpə uşaqlarımızın baş örtüyü olmadan, məktəbli geyiminə tam əməl edərək təhsilə cəlb edilməsi, qısa ətəklərlə və uyğunsuz paltarlarla məktəbə gəlmələrinin qarşısının alınması da əslində onların uşaq hüquqlarının təmin olunmasıdır.

Məktəblərimiz təhsil ocağıdır, onun əsas funksiyası övladlarımızı dövrün tələblərinə uyğun, inkişafa meylli, səriştəli, bilik və bacarıqlara sahib, dövlətinə sədaqətli, vicdanlı vətəndaşlar kimi yetişdirməkdir. Bunun üçün də Dövlət vətəndaşını, balalarını çox fərqli ideologiyaların məqsəd və təsirindən də qorumalıdır.

Bu gün yüzlərlə fakt var : müxtəlif zorakı tələblərlə uşaqların təhsildən yayındırılması kimi, birbaşa öz ailələrinin basqıcı davranışı ilə hicabla məktəbə gəlməyə məcbur edilməsi də onların hüquqlarının pozulmasından başqa bir şey deyil.

Bütün inanclı vətəndaşlarımıza təmkinli olmağı, dövlətin yanında olmağı, provokativ addımlara səsləyən insanlara qulaq asmamağı və verilən qərarlara qarşı məsuliyyətli davranmağı tövsiyə edirəm.

Çox yaxın keçmiş insanlarımızın narahat və narazı olduğu məsələlərdə Dövlətimiz və siyasi iradə necə də doğru qərarlar qəbul etdiyini, milli və siyasi bütövlüyümüzü tam formada qoruduğunu dəfələrlə bizə əyani olaraq göstərdi. Bu da həmin addımlardan biridir. Elə bir coğrafi mövqe taleyimizə düşüb ki, ətrafımız - dörd bir yanımız başdan-başa təhlükədir və bizim milli kimliyimizin, dövlətçiliyimizin, suverenliyimizin qorunması və gələcək nəsillərə ötürülməsinin təminatı hər şeydən vacibdir.

Elvin Bədirov

Evrika Beynəlxalq Elm və Texnologiya Liseyinin Gənclik filialı üzrə direktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Oktyabr 2026 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri