Icma.az
close
up
RU
İndi sülhün əsas qarant rolunu ABŞ oynayır ŞƏRH

İndi sülhün əsas qarant rolunu ABŞ oynayır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Əslində, İrəvan hökuməti ötən müddət ərzində konstitusiya dəyişikliyini etmiş olsaydı, yekun sülh sazişinin imzalanması mümkün olardı



Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı, Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət edildi və Zəngəzur dəhlizinin açılması rəsmiləşdi. İndi yekun sülh sazişinin imzalanması önündə yeganə maneə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasının dəyişdirilməsidir. Birgə Bəyannamədə Ermənistan konstitusiyasının dəyişdirilməsi konkret qeyd olunmasa da, fərqli formada öz əksini tapır. 

Bəyannamədə qeyd olunur ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Bu, o deməkdir ki, yekun sülh sazişinin imzalanması üçün “əlavə tədbirlər”, yəni Ermənistan konstitusiyası dəyişdirilməsi təmin ediləcək, yalnız bundan sonra imzalar atılacaq. Bəyannaməyə imza atan Ermənistan bununla bağlı üzərinə öhdəlik götürür. Əks təqdirdə, yekun sülh sazişinin imzalanması mümkün deyil. Çünki 1995-ci ildə qəbul edilən Ermənistan kontitusiyasında qeyd olunur ki, “dövlətin vəzifəsi 1990-cı ildə qəbul edilən müstəqillik bəyannaməsinin tələblərini yerinə yetirməkdir”. 12 bənddən ibarət olan müstəqillik bəyannaməsi isə Qarabağın Ermənistana “birləşməsini” – qondarma “miatsum” qərarının yerinə yetirilməsini özündə əks etdirir. Paşinyan hakimiyyəti zaman-zaman mövcud konstitusiyanın sülh sazişinə mane olmadığını iddia etsə də, Azərbaycana qarşı ərazi iddiasının Ermənistanın ana qanununda yer aldığı müddətdə, müqaviləni imzalamaq regiona davamlı sülhü gətirməyəcək. Çünki mövcud hakimiyyətin gələcəkdə konstitusiyanı əsas götürərək, Azərbaycana qarşı ərazi iddiasını yenidən irəli sürməyəcəyinə heç kim zəmanət vermir. Ermənistanda mümkün hakimiyyət dəyişikliyindən sonra yeni qüvvələrin yenə konstitusiyaya istinadən Qarabağa iddia etməyəcəyinə heç kim zəmanət verə bilməz. Vaşinqtonda konstitusiyanın dəyişdirilməsi öhdəliyini götürən Ermənistanın yekun sülh sazişi üçün yeganə yolu Azərbaycanın bu tələbini icra etməkdir. Əks təqdirdə, rəsmi İrəvan yekun sülh sazişinin imzalanmasını bloklayacaq, eləcə də indiyə qədər sülhlə bağlı əldə olunan bütün razılaşmaları sıfırlayacaq. Həmçinin ABŞ-yə, şəxsən Prezident Donald Trampa hörmətsizlik edəcək, çünki Birgə Bəyannamə Vaşinqtonda imzalanıb. Prezident İlham Əliyev də Vaşinqton səfərinin yekunlarına dair mediaya verdiyi müsahibədə bu məsələyə toxunub. Dövlət başçısı vurğulayıb ki, paraflanma Ağ Evdə baş tutdu: "Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir". 


Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a  açıqlamasında deyib ki, Azərbaycan lideri Ermənistan rəhbərliyinə sülh müqaviləsinin imzalanmasına mane olan əngəllərin aradan qaldırılması yönündə ilk dəfə çağırış etmir. Deputat bildirib ki, cənab Prezident bundan əvvəl də dəfələrlə Paşinyan hökumətinə xəbərdarlıq çağırışları edib:

 "Yekun sülh sazişinin imzalanmasında Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi odur ki, Ermənistan konstitusiyası birmənalı dəyişdirilməli, Azərbaycana ərazi iddiası aradan qaldırılmalıdır. Ermənistan tərəfi mütləq bu məsələni nəzərə almalı, Bakının haqlı tələbini gecikdirmədən yerinə yetirməlidir. Əks təqdirdə Ermənistan özü bütün regional layihələrdən təcrid olunacaq. Azərbaycan dəfələrlə qeyd edib ki, konstitusiyanın dəyişməsi prinsipial məsələdir. Çünki bu məsələ olmadan Ermənistanın Azərbaycana qarşı yenidən ərazi iddiası ilə çıxış etməsi istisna edilmir. İndiki, yaxud sonrakı hakimiyyətlər dövründə Ermənistan Azərbaycana qarşı iddialarla çıxış edə bilər. O səbəbdən mövcud konstitusiya mütləq dəyişməlidir". 

Parlament üzvünün sözlərinə görə, digər çox vacib məqamlardan biri Ermənistan bununla bağlı öhdəliyi öz üzərinə ABŞ-də, Ağ Evdə götürüb:


"ABŞ bu məsələdə qarant rolunu oynayır. Əslində, İrəvan hökuməti ötən müddət ərzində konstitusiya dəyişikliyini etmiş olsaydı, yekun sülh sazişinin imzalanması mümkün olardı. Prosesin bu vaxtadək uzanmasının səbəbkarı məhz Ermənistan hökumətidir. Ümid edirik ki, Ermənistan tezliklə üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək və sülh müqaviləsinin imzalanması mümkün olacaq. Sülh sazişinin imzalanması həm də Cənubi Qafqaz bölgəsinə sabitlik, əmin-amanlıq gətirəcək. Bu isə Azərbaycanın prinsipial mövqeyinin qeyd-şərtsiz qəbul olunmasından, tələblərimizin icrasından keçir". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri