Icma.az
close
up
RU
“İndi xalqların müharibədən yox, barışdan qazanmasının vaxtıdır” “Əbədi düşmənçilik, köçaryanları haqlı çıxarar”

“İndi xalqların müharibədən yox, barışdan qazanmasının vaxtıdır” “Əbədi düşmənçilik, köçaryanları haqlı çıxarar”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Astanada Prezident İlham Əliyevin verdiyi tarixi bəyanat dünyada böyük əks-səda doğurdu. Ölkə başçısı qeyd etdi ki, Ermənistana qoyulan tranzit məhdudiyyətləri aradan qaldırılıb. İlk belə addım Qazaxıstan taxılının daşınması olub. Açıqlama İrəvanda yüksək razılıqla qarşılandı, Paşinyan qərarı alqışladı, ölkə başçımıza təşəkkür etdi, lap elə indi Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazır olduqlarını bildirdi”.

“AzPolitika” xəbər verir ki, bunları Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Milli Məclisdə bugünkü çıxışında deyib.

STM sədri çıxışının davamında bildirib:

“Doğrudan da 3 əsrlik düşmənçilik və 30 illik işğaldan sonra iki xalq arasında yaranan kövrək əlaqələr tarixi dönüş nöqtəsidir. Bəli, Vətən müharibəmiz təkcə torpaqlarımızın azadlığı deyil, həm də bütün regional kommunikasiyaların açılması uğrunda aparılırdı. İlham Əliyev həmin məqsədləri gerçəyə çevirir, Vaşinqton sülh gündəliyini irəli aparır, İrəvanı qarşıdırma və ərazi iddialarından çıxarır, dinc qonşuluq münasibətləri üçün zəmin yaradır.

Azərbaycan və Ermənistan parlament sədrlərinin Cenevrədə mühüm görüşü, vətəndaş cəmiyyəti təmsilçilərimizin İrəvana səfəri dövlətimizin sülh və etimad quruculuğunda möhkəm iradəsini göstərir. İki xalqın düşmənçiliyindən qazanan keçmiş imperiya varislərinin Bakı-İrəvan arasında yaranan barışı alqışlamaması təəccüblü deyil.

Düz 22 il əvvəl, Strasburqda Robert Koçaryan “azərbaycanlılar və ermənilər etnik cəhətdən bir yerdə yaşaya bilməzlər” deyərkən, əsrlərlə müharibə aparan almanlar və fransızlar irqçi bəyanatı pisləmədilər. Halbuki, əbədi düşmənçilik, köçaryanları haqlı çıxarar. Ona yol vermək olmaz!

Əlbəttə, 30 illik məhrumiyyətləri, 23 min şəhidimizin müqəddəs qanını heç vaxt unuda bilmərik, lakin müharibəni uduzan erməni xalqının 54 faizi, yəni 700 min nəfəri hazırkı Baş nazirə səs veribsə, məğlubiyyətlərini və birgəyaşayışı qəbul ediblər. Deməli, ermənilərin ən azı yarısı, “bir günüm də türklərlə mübarizəsiz olmasın” deyən faşist Njdenin ideoloğiyasından xilas olublar.

Ölkə rəhbəri dəfələrlə bəyan edib ki, işğal və təcavüz Cənubi Qafqazı inkişafdan geri qoyub.

Xatırladaq ki, 1987-ci ildə münaqişə yenicə başlayanda Azərbaycan Ermənistana 388 min ton benzin, 375 min ton dizel, 1.8 milyon ton mazut, kimya və metallurgiya məhsulları ixrac edirdi. Özü də SSRİ Plan Komitəsinin qərarına görə, demək olar, pulsuz. Halbuki, indiki qiymətlə 3 milyard dollardan çox edir.

Əgər bölgədə barış olarsa, cəmi 15 il sonra region görünməmiş inkişafa qovuşacaq, 2 milyona qədər yeni iş yeri açılacaq, 16 milyon əhalisi olan vahid məkan yaranacaq, sürətlə silahlanmaya çəkilən xərclər milli həyatın başqa sahələrinə qoyulacaq.

Unutmayaq ki,100 il qabaq böyük Üzeyir bütün qafqazlıları sülhə çağırırdı.

Xalqımız qalıcı barışın tərəfdarıdır. Çünki tarixən İrəvan azərbaycanlı kimliyini Bakı ilə birgə əks etdirib.

Qarabağın azadlığı, regionda sülh deməkdir. İndi xalqların müharibədən yox, barışdan qazanmasının vaxtıdır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri