Icma.az
close
up
RU
“İndi yox, amma bir gün ona sözümü deyəcəyəm” Videomüsahibə

“İndi yox, amma bir gün ona sözümü deyəcəyəm” Videomüsahibə

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ayxan Abbasovun Azərbaycan milli komandasının baş məşqçisi postuna gətirilməsi ölkədəki bütün futbol azarkeşlərinin ürəyincə oldu desək, yanılmarıq. İllərdir istər azarkeşlər, istərsə də media komandanın başına yerli mütəxəssis gəlməsini istəyirdi. Nəhayət, arzular reallaşdı - yığma komandanın sükanı arxasına son illərdə ölkəmizdə kifayət qədər tanınmağı bacaran Ayxan Abbasov gətirildi.

“Şamaxı”nın çalışdırıcısı olan mütəxəssis U-21 millimizdə qısa müddət işlədikdən sonra Fernandu Santuşun xələfi oldu. Millimiz onun rəhbərliyi altında ilk oyununda xal qazandı. Ukrayna ilə DÇ-2026-nın seçmə mərhələsində Bakıda baş tutan matç 1:1 hesabı ilə başa çatdı.

Fransaya qarşı səfərdəki oyun isə yaddaşımızda ləkə kimi qalan 0:10 hesablı məğlubiyyətin təkrarlanacağını gözləyənlərə cavab idi. Abbasovun komandası inam, əzmkarlıq, istək hesabına ulduzlarla dolu olan fransızların qarşısını ala bilirdi. Yalnız 45-ci dəqiqədə superulduz Kilian Mbappe qapımıza yol tapdı. Bakıdakı matçda isə hətta hesabı da biz açdıq.

Bütün bunlar gələcək üçün ümid ola bilər. Ayxan Abbasov “Qafqazinfo”ya müsahibəsində hazırkı və gələcək planlarından danışıb. O, haqqında yanlış açıqlama verənləri də cavabsız qoymayıb.

Mütəxəssis əvvəlcə yığmamızın məşqçisi kimi təyinatına toxundu: “Milliyə təyinat məşqçi kimi də mənim üçün yenilik oldu. Futbolçularla “bu durumdan necə çıxa bilərik, nələr etməliyik, hansı məsuliyyətimiz var?” deyə danışdıq. Komandanı inandırdıq ki, biz xal qazana bilərik, ən azından mübarizə apara bilərik. Mübarizəsiz uduzanda çox pis təsir edir. Oynayan, oynamayan – hər kəs xal istəyirdi və biz buna layiq idik”.

A.Abbasov milli komandada oynamasa da, məşqçi kimi komandanı çalışdırmasına da münasibət bildirib: “Milli komandada həmişə oynamaq istəmişəm. Sadəcə o vaxt rəqabət çox idi. İndi təəssüf ki, sol cinahda rəqabət güclüdür, sağda yox. Onda Zaur Tağızadə, Kamal Quliyev, Mahir Şükürov kimi oyunçularla eyni mövqeyi paylaşırdıq. Ona görə də heyətə düşmək çətin idi. Milli komandada futbolçu kimi oynamaq şərəfdir, amma məşqçi olmaq ondan da şərəflidir. Demək ki, qismət belə imiş”.

44 yaşlı məşqçi DÇ-2026-nın seçmə mərhələsində ən çox üzüldüyü oyundan danışıb: “Ukrayna ilə səfər matçında xal qazanmalı idik. Çünki yaxşı oynadıq. Fransa ilə matçdan sonra yorğun görünsək də, mübarizə apardıq. Hakimin qərarları fərqli olsaydı, bəlkə də, xal qazanmışdıq. Həmin vaxt Fransa ilə iki ağır oyun çox çətin idi. Bakıdakı matçdan öncə futbolçulara demişdim ki, bəlkə də, Fransadan xal almağın ən yaxşı vaxtıdır. Reallıq odur ki, rəqib final mərhələsini təmin etmişdi, bura rahat gəlmişdi. Ən önəmlisi isə möhtəşəm azarkeş dəstəyi idi. Hansı ki, milli komanda belə dəstəyi uzun zamandır görmürdü. O, futbolçulara motivasiya verirdi. Yığma bu azarkeşin həsrətində idi”.

Çalışdırıcı sosial şəbəkələrdən istifadə etmədiyini bildirib: “Sosial şəbəkələrdə yoxam. Çünki düşünürəm ki, ordakı müzakirələr mənə mane olar”.

Millimizin baş məşqçisi Renat Dadaşovu DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə səfər oyunundan sonra heyətdən çıxarmasına da aydınlıq gətirib: “Renatla aramızda ciddi problem olmamışdı. Sadəcə məşqçi və futbolçu arasında olan xırda məsələlərdir. Məncə, Renatla danışığımızın böyük təsiri oldu. O, peşəkardır və ona inanımız böyükdür. Dadaşov yığmada ən yaxşılardan biridir. Bakıdakı matçlarda ürəklə oynadı. İslandiya ilə qarşılaşmaya sonradan girsə də, özünü göstərdi. Hər zaman bura yüksək-əhval ruhiyyədə gəlir. Anton Krivotsyukun, Şahruddin Məhəmmədəliyevin Azərbaycan dilində danışması, Abdulla Xaybullayevin himnimizi öyrənməsi yaxşı haldır. Demək ki, futbolçular milliyə, dilimizə, himnimizə dəyər verir və onlar bizdəndir”.

Mütəxəssis Fransa ilə oyunlardan əvvəl komanda ətrafında yaranan söz-söhblətlərdən, “Turan Tovuz”la aralarında yaranan problemdən söz açıb: “Təəssüf ki, hamı dəstək olduğu vaxtda başqa fikir yaradanlar var idi. “Turan Tovuz”a gəlincə, onlara heç zaman ziyanım dəyməyib. Onlarla normal şəkildə ayrılmışdıq. Mən Tovuz klubuna gedəndə orada indi özünü fədakar göstərən insanları görməmişdim. Hansı ki, canfəşanlıq edirlər. Onda Oktay Abdullayev, Nadir Nəbiyevdən başqa heç kim yox idi. “Turan Tovuz” üçün ürəyi yananlar yanımızda idi. Həmin vaxt Bakıda seleksiya aparırdıq, Tovuza gedə bilmirdik. Yaxına gələn yox idi. Kimsə gəlmədi ki, necə yığışdıq, harda qaldıq?! İlk təlim-məşq toplanışımızı Bakıda elədik. Təsəvvür edin ki, toplanış üçün borc almışdıq”.

Ayxan Abbasov onun ünvanına sərt sözlər deyən “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov barədə də danışıb: “Bu gün ona cavab vermirəm. Cavab versəm, Yunis müəllim sevinər. Amma bir gün milli komandadan gedəndən sonra ona sözümü deyəcəyəm”.

Mütəxəssis Qurban Qurbanov haqqında da fikirlərini bölüşüb: “Qurban müəllim bizim üçün həm dəyərli məşqçidir, həm də dəyərli insandır. “Qarabağ”da yeni uğur qazananda mən də futbolçu kimi orada idim. Bu gün hər kəs komandanın uğurundan danışır. Qurban Qurbanov azərbaycanlı məşqçilərə yanaşmanı dəyişən adamdır. Mən futbol oynayanda Premyer Liqada 14 komandanın 8-9-da əcnəbilər çalışırdı. Amma Qurban müəllim uğur qazanandan sonra yerli mütəxəssislərə dəyər verdilər. Onun, bizim haqqımızda sevindirici haldır”.

A.Abbasov övladlarının futbol azarkeşi olduğunu bildirib: “Heç gözləmirdim ki, belə azarkeş olsunlar. İzləyirlər oyunları, onların da öz fikirləri olur. Bəzən mübahisə edirik. Ailəmə çox vaxt ayıra bilmədiyimə gəlincə, normaldır. Nəyəsə nail olmaq üçün nədənsə keçməlisən”.

Elsevər Məmmədov

Fotolar-Video: Pərvin Zeynal

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri