Qazaxıstan Xəzərin dayazlaşması ilə bağlı Rusiya və Azərbaycanla danışıqlar aparır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 13 may, AZƏRTAC
Xəzər dənizinin su təchizatının təxminən 90 faizi Rusiya Federasiyası ərazisindən çay axını ilə formalaşır, bu həcmin 85 faizə qədəri isə Volqa çayının payına düşür.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın su təsərrüfatı və irriqasiya naziri Nurjan Nurjigitov bildirib.
Nazir qeyd edib: “2013-cü ildən beş Xəzəryanı dövlət xüsusi işçi komissiyası yaradıb. COP29 çərçivəsində Bakıda keçirilən sonuncu iclasda bu komissiya birgə bəyannamə qəbul edib. Xəzər dənizi ilə bağlı bütün məsələlər yaradılan komissiya çərçivəsində nəzərdən keçirilir”.
O, həmçinin qeyd edib ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. Nazir əlavə edib: “Biz suyun səviyyəsinin azalmasından narahatıq, ona görə də ikitərəfli formatda həm Rusiya Federasiyası, həm də Azərbaycanla müvafiq iş aparırıq”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 13 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















