Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnflyasiyanın səviyyəsi 4.6 faiz nəzərdə tutulur

İnflyasiyanın səviyyəsi 4.6 faiz nəzərdə tutulur

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“2025-ci ilin büdcə zərfində makroiqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı, iqtisadi siyasətin prinsipləri və əsas hədəfləri müəyyən edilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: “Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallığlarına cavab verir. Ölkənin strateji valyuta ehtiyatları 73 milyard dollar təşkil edir. 2024-cü ilin on ayında müşahidə olunan müsbət makroiqtisadi meyillər 2025-ci il üzrə proqnozlar üçün pozitiv əsaslar yaradır. Proqnozlara növbəti ildə ümumi daxili məhsul 3.5 faiz, qeyri neft ümumi daxili məhsulu 4.9 faiz artacaq.

ÜDM -də qeyri-neft qaz sektorunun payının 68 fizdən 71.3 faizə çatacağı gözlənilir. Adambaşına ÜDM-in 2025 ci -ildə 7412 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. İnflyasiyanın səviyyəsi 4.6 faiz nəzərdə tutulur.

Qeyd olunub, dövlət büdcəsinin gəlirləri 38.3 milyard manat, xərcləri 41.4 milyard manat kəsiri isə 3 milyard 52 milyon manat proqnozlaşdırılır. Büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq. Gəlirlərin 15.5 milyard manatı Dövlət Vergi Xidmətinin, 14.5 milyard manatı Dövlət Neft Fondunun transverlərinin, 6.6 milyard manatı Dövlət Gömrük Komitəsinin, 840 milyon manatı büdcə təşkilatlarının daxilolmalarının, 895 milyon manatı digər gəlirlərin payına düşür.
2025-ci ilin dövlət büdcəsi xərclərinin 60.1 faizi cari xərclər, 34.1 faizi əsaslı xərclər, 5.8 faizini dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edir.

Sosiyal yönümlü xərclərin 8.8 faiz artrılaraq 16.9 milyard manata çatması və dövlət büdcə xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. İqtisadi strategiyanın icrası üçün 2.5 milyard manat vəsait nəzərdə tutulub. Post müharibə və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir. Növbəti illin dövlət büdcə layihəsində bu məqsədlər üçün 4 milyard manat nəzərdə tutulur. 2025- ci ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiyməti 70 dollar götürülmüşdür. 2025- ci ilin büdcə zərfinə əsasən Dövlət Neft Fondundan transfertlər artrılaraq təqribən 14.5 milyard manat nəzərdə tutulur.

Onu da qeyd etməliyəm ki, müdafiə və milli təhlükəsizliyin maliyyələşdrilməsinə 8.4 milyard manat nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 17.8 faiz çoxdur. Büdcənin xərclərinin 20.3 faizini hərbi xərclər təşkil etdiyi halda sosialyönümlü xərclər 41 faiz, iqtisdi fəaliyyətlə bağlı xərclər 21 faiz təşkil edir. Təhsil xərcləri 4.9 milyard manat proqnozlaşdrılır və bu 2024-cü illə müqayisədə 8.7 faiz çoxdur. Səhiyyə xərclərinə dövlət büdcəsində təxminən 2 milyard manat ayrılır ki, 2024-cü illə müqayisədə 7.1 faiz çoxdur. Bu vəsaitin 63.4 faizi dövlətin əhalinin icbari tibbi sığortalanması ilə bağlı xərclərin payına düşür.

Layihəyə əsasən əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimum məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10.5 faiz, İşsizlikdən Sığorta Fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə 9.5 faiz çoxdur”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri