Icma.az
close
up
RU
İnformatika fənni rəqəmsal dövrün bələdçisidir

İnformatika fənni rəqəmsal dövrün bələdçisidir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bu gerçəklik qəbul imtahanlarında müvafiq dəyişiklik tələb edir

2023-cü ildən ali təhsil müəssisələrinə qəbul imtahanları çərçivəsində I ixtisas qrupu üzrə tətbiq edilən yeni model, xüsusilə informatika fənninin imtahan mexanizmindəki yeri baxımından diqqət çəkir.

Mövcud qaydalara əsasən, I ixtisas qrupu daxilində informatikayönümlü, yəni riyaziyyat–informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı, informatika fənnindən, mühəndislikyönümlü, riyaziyyat–kimya (RK) altqrupuna daxil olan ixtisasları seçən abituriyentlər isə informatika əvəzinə, kimya fənnindən imtahan verirlər.

Bu struktur I ixtisas qrupunda informatika fənninin hələ də köməkçi statusda saxlanıldığını göstərir. Çünki bu qrupda bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər II mərhələdə riyaziyyat, fizika və kimya fənlərindən imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verirlər. Beləliklə, informatika əsas imtahan fənni deyil, əlavə və seçimə bağlı fənn kimi təqdim olunur. Halbuki müasir texnologiyalar dövründə informatika analitik düşüncə, alqoritmik təfəkkür və problem həlletmə bacarıqlarını formalaşdıran fundamental fənndir.

Qaydalar abituriyentlərə müəyyən mənada seçim azadlığı da yaradır. Belə ki, ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə dolduran abituriyentlər istəklərinə uyğun olaraq yalnız Rİ, RK və ya hər iki altqrupu seçə bilirlər. Lakin hər iki altqrup üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün əlavə informatika fərq imtahanı tələbi yenidən ortaya çıxır.

Rəqəmsallaşmanın bütün sahələri əhatə etdiyi bir dövrdə mühəndislikdən təbiət elmlərinə, iqtisadiyyatdan logistika və planlaşdırmaya qədər hər bir sahə informatika bilikləri üzərində qurulur. Bu baxımdan informatikanın yalnız bir altqrupun çərçivəsində saxlanılması, onun real əhəmiyyətini tam əks etdirmir.

Qonşu ölkələrin təhsil təcrübəsinə nəzər saldıqda görünür ki, informatika fənni artıq orta və yuxarı siniflərin əlavə dərsi deyil, aşağı siniflərdən etibarən formalaşdırılan baza bacarığıdır. Şagirdlər erkən yaşlardan informatikanın əsas anlayışları, alqoritmik düşüncə, məntiqi ardıcıllıq və kodlaşdırma ilə tanış olur, rəqəmsal bacarıqlar mərhələli şəkildə aşılanır. Bu ölkələrdə İT və kompüteryönümlü ixtisasları seçmək istəyən şagirdlər məktəb dövründə sistemli hazırlıq keçirlər. Nəticədə, ali məktəblərə qəbul zamanı bu sahə üzrə bilik və bacarıqlar formal xarakter daşımır, əsas meyar kimi qiymətləndirilir.

Belə bir model həm şagirdin şüurlu şəkildə ixtisas seçimi etməsinə imkan yaradır, həm də universitet mərhələsində təhsilin keyfiyyətini artırır. Çünki ali məktəblər artıq sıfırdan deyil, müəyyən baza üzərində təhsil verməyə başlayır. Bu yanaşma bir daha göstərir ki, informatika fənni yalnız müəyyən ixtisas qruplarına aid edilə bilməz; o, müasir təhsilin və rəqəmsal cəmiyyətin ayrılmaz tərkib hissəsidir.

Təhsil eksperti Elçin Əfəndi qeyd edir ki, informatika fənninin I ixtisas qrupunda, riyaziyyat–informatika altqrupunda yer almasının əsas səbəbi həmin altqrupa daxil olan ixtisasların bilavasitə informasiya texnologiyaları istiqamətli olmasıdır. Belə ki, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, data analitikası, eləcə də mexatronika və robototexnika mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və informatika müəllimliyi kimi ixtisaslarda informatika bilikləri əsas tələblərdəndir.

Müasir dövrdə informasiya texnologiyaları son dərəcə sürətlə inkişaf edir, informatika biliklərinin mənimsənilməsi artıq zərurətə çevrilib. Ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin bu fənn üzrə ən azı ilkin biliklərə malik olması olduqca vacibdir. İlkin baza formalaşdığı təqdirdə, tələbələr qəbul olduqları ixtisaslarda informatika və texnologiyayönümlü fənləri daha rahat mənimsəyir, tədris prosesində ciddi çətinliklərlə üzləşmirlər.

Gələcəkdə informatika fənninin digər ixtisas qruplarına da inteqrasiyası mümkündür. Zamanla ixtisaslar dəyişir, yeni sahələr formalaşır və bu da tədris proqramlarında yenilənmələri qaçılmaz edir. Ola bilsin ki, yaxın perspektivdə informatika fənni bir neçə ixtisas qrupunda da tədris olunsun. Bunun üçün isə müvafiq dövrlərdə əsaslandırılmış qərarların qəbul edilməsi vacibdir.

Gələcəkdə informatika fənninin digər ixtisas qruplarına da daxil edilməsi mümkündür. Məsələn, üçüncü ixtisas qrupundakı bəzi ixtisaslarda, eləcə də dördüncü ixtisas qrupunda yer alan biotexnologiya ixtisası üzrə informatika fənninin tədrisi məqsədəuyğun sayıla bilər. Çünki bu sahələrdə də rəqəmsal texnologiyaların və informasiya sistemlərinin rolu getdikcə artır. Bu baxımdan, növbəti dövrlərdə müvafiq qərarların qəbul edilməsi və informatika fənninin sözügedən ixtisas qruplarına inteqrasiyası istisna edilmir.

Təhsil eksperti Elmin Nuri isə müasir dövrdə informatika fənninin digər fənlər qədər əhəmiyyətli olduğunu bildirir:

– İnformatika fənninin ixtisas qruplarına salınması məsələsini yalnız “çətinlik” prizmasından qiymətləndirmək doğru deyil. Söhbət burada konkret bir fənnin ağır və ya yüngül olmasından yox, onun vacibliyindən gedir. Hər fənnin öz məzmun standartları var və bu standartlar insanın düşüncə tərzinə, gündəlik həyatına, cəmiyyətdəki gələcək mövqeyinə birbaşa təsir göstərir. Sadəcə, biz bu təsiri çox zaman fərq etmirik. Çünki bu proseslər əsasən şüuraltı səviyyədə baş verir. Məsələn, buraxılış imtahanlarında riyaziyyat, Azərbaycan dili və xarici dil fənlərinin olması artıq cəmiyyət tərəfindən qəbul edilib. Amma az adam düşünür ki, riyaziyyat fənninin də məzmun standartları insanın analitik düşünməsini, məntiqi yanaşmasını və problem həll etmə bacarığını formalaşdırır.

Bu bacarıqlar isə insanın həyatının bütün mərhələlərində ona yardımçı olur, fərdin özündən xəbərsiz, daxili düşüncə mexanizmləri vasitəsilə formalaşır. İnformatika fənni də məhz bu kontekstdə qiymətləndirilməli, dövrün tələblərinə uyğun olaraq onun strateji əhəmiyyəti düzgün anlaşılmalıdır. Məsələn, informatika fənninin əsas məzmun standartlarından biri alqoritmik təfəkkürün formalaşdırılmasıdır. Yəni biz informatikanı yalnız “Word”də bu necə edilir”, “Excel”də bu funksiya haradadır”, “PowerPoint” belə açılır” kimi texniki mövzularla məhdudlaşdırmırıq. Əksinə, fərqində olmadan məzmun standartlarının yaratdığı şüuraltı mexanizmlərlə üz-üzə qalırıq və bu mexanizmlər insanın düşüncə tərzini formalaşdırır.

Təhsilin çox vaxt görünməyən, amma son dərəcə təsirli tərəfləri məhz buradadır. İnformatika məzmun standartları və müasir dövrün tələbləri baxımından bu günümüz üçün əvəzolunmazdır. İxtisasından asılı olmayaraq hər kəsin informatikanı bilməsi artıq seçim yox, zərurətə çevrilməkdədir.

Nəticə etibarilə, informatika fənninin ali təhsil müəssisələrinə qəbul mexanizmlərindəki mövqeyi təhsilin gələcək çağırışlara nə dərəcədə hazır olması ilə bağlıdır. Müasir dünyada biliklərin sürətlə yeniləndiyi, peşə sərhədlərinin dəyişdiyi və rəqəmsal bacarıqların bütün sahələr üçün baza üstünlüyünə çevrildiyi bir şəraitdə, informatikanın “əlavə” və ya “seçimə bağlı” fənn kimi təqdim olunması artıq elmi-pedaqoji baxımdan əsaslandırılması çətin olan yanaşmadır.

Burada əsas məsələ informatikanın baza bacarıqları kimi qəbul edilməsidir. Yəni mövzu hamının proqramçı olması deyil, istənilən ixtisas üzrə təhsil alan fərdin informasiya ilə işləmək, prosesləri modelləşdirmək, səbəb–nəticə əlaqələrini alqoritmik müstəvidə qura bilmək bacarığıdır.

Ləman TƏHMƏZ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri