Icma.az
close
up
RU
İngilis kralların üzərində oturduğu sehirli daş haqqında bilmədikləriniz Partladıldı, düşmənlərdən gizlədildi, qaçırıldı VİDEO

İngilis kralların üzərində oturduğu sehirli daş haqqında bilmədikləriniz Partladıldı, düşmənlərdən gizlədildi, qaçırıldı VİDEO

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Böyük Britaniyada tacqoyma mərasimlərini izləyənlər yəqin nə vaxtsa, taxtın altına yerləşdirilmiş 125 kiloqramlıq daşı görüb.

Ölkə.Az “Tale daşı” adlandırılan bu daşın maraqlı tarixçəsini araşdırıb.

Skon Daşı da adlanan bu daş 25 ildən sonra ilk dəfə Edinburq Qəsrindən Kral III Çarlzın tacqoyma mərasimi üçün yola salınıb. Bu, adi köhnə bir qaya kimi görünə bilər, əslində isə inanılmaz tarixə malik müqəddəs bir əşyadır. Əsrlər boyu Şotlandiya monarxiyasının qədim simvolu olub və kralların andiçmə mərasimlərində istifadə edilib.
Onun mənşəyi və Şotlandiya krallığının simvoluna çevrilməsi ilə bağlı fərziyyələr mövcuddur. Bu daşın müqəddəs “İncil”lə əlaqəli olduğu deyilir. Kitabda yazılır ki, həzrəti Yaqub mələklərin qalxıb-endiyi bir nərdivan görüntüsü gördükdən sonra “Bethel” adlandırdığı yerdə bir daşın üzərində dincəlib.

“Tale daşı”nın müxtəlif qruplarla Avropanı keçərək Şotlandiyanın ilk kralı Ferqusla birlikdə Şotlandiyaya çatdığını deyir.

Bəzi mənbələrdə yazılır ki, Şotlandiyanın qurucusu hesab edilən I Kennet daşı Skon şəhərinə aparıb və daş şəhərin şərəfinə “Skon” adlandırılıb.
1296-cı ildə İngiltərədən olan Kral I Eduard daşı götürərək Vestminster Abbatlığına aparıb. Daş 1308-ci ildən bəri abbatlıqda Tacqoyma Kreslosunun altına yerləşdirilib.
Bu daşın həqiqiliyinə şübhələr də var. Bəzi nəzəriyyələr görə, Skon Sarayındakı rahiblərin əsl daşı Tay çayında gizlədilib, ingilislər isə bu daşın yerinə başqasını götürüb.
1912-1914-cü illərdə İngiltərədə qadınların seçki hüququ hərəkatının üzvləri Tacqoyma Kreslosu və Daşının yanına bomba yerləşdirərək onu partlatmağa cəhd edib. Lakin partlayış nəticəsində Tacqoyma Kreslosunun bir küncü uçub və “Tale Daşı” yarıya bölünüb. 

“Tale daşı” İkinci Dünya Müharibəsi zamanı zərər görməsin və almanlar tərəfindən oğrulanmasın deyə uzun müddət gizlədilib. Həmin vaxt daşın yerini yalnız bir neçə nəfər bilirdi. Müharibə zamanı hamısının öldürüləcəyi təqdirdə məlumatların itirilə biləcəyindən qorxan Pirs daşın yerini göstərən üç xəritə yaradıb. O, onlardan ikisini möhürlənmiş zərflərdə Kanadaya göndərilib. Bu xəritələrdən biri Ottavada, digəri isə Torontodakı Bank seyflərində saxlanılıb. Zərflərin çatdığını yoxladıqdan sonra Pirs bankında saxladığı üçüncü xəritəni məhv edib.

1950-ci ildə bir qrup Şotlandiya tələbəsi “Tale Daşı”nı Vestminster Abbatlığından oğurlayıb. Buna səbəb isə şotlandların bu daşı milli qürurun simvolu hesab etməsi idi. Tələbələr partlayış nəticəsində bölünən daşı ustaya apararaq düzəltməsini istəyirlər. Usta daşın ortasına bir kağız parçası olan mis çubuq qoyur. Kağızda nə yazıldığı hələ də məlum deyil. Tələbələr “Tale daşı”nı Pert yaxınlığındakı Skon Abbatlığında öz yerinə qaytarmaq istəyirdilər.

Daşın itkin düşdüyünü aşkar edən hakimiyyət orqanları, 400 ildən sonra ilk dəfə Şotlandiya ilə İngiltərə arasındakı sərhədi bağlayır. Oğurluq həm Şotlandiya, həm də İngiltərədə sensasiyaya səbəb olduğundan tələbələr daşı 1320-ci ildə Şotlandiyada Arbroat Abbeyində qoyub gedirlər. Siyasi qalmaqala səbəb olan sirli daş tapıldıqdan sonra Vestminster Abbeyinə qaytarılır.

1996-cı ildə Britaniya hökuməti “Tale Daşı”nı "dostluq" nümayişi olaraq Şotlandiyaya qaytarmağa razı olub. Lakin onlar şotlandlara bir şərt qoymuşdular. Daş gələcəkdə tacqoyma mərasimləri üçün İngiltərəyə gətiriləcəkdi. O vaxtdan bəri, daş, Edinburq qəsrində sərgilənir. Bu daş sonuncu dəfə 2023-cü ildə Kral III Çarlzın tacqoyma mərasimi üçün Vestminsterə aparılıb.

Tacqoyma mərasimini izləsəniz, unutmayın ki, yeni Kralın üzərində oturduğu adi bir daş deyil.

Billurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri