Icma.az
close
up
RU
İngiltərə ordusundan yeni müharibə strategiyası: 20 40 40 nədir?

İngiltərə ordusundan yeni müharibə strategiyası: 20 40 40 nədir?

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya-Ukrayna müharibəsi 3 ildən artıqdır ki, davam etdiyi bir vaxtda, İngiltərə ordusunun bu münaqişədən əldə edilən “təcrübələrə” əsaslanaraq yeni hərbi strategiya hazırladığı bildirilir.

Sherg.az xəbər qısa şəkildə “20-40-40” adlandırılan bu strategiyaya əsasən, “reaper” və “kamikadze” pilotsuz uçuş aparatlarının (PUA) İngiltərə ordusunda daha önəmli rol oynayacağı gözlənilir.

"The Times" qəzetinin xüsusi xəbərinə görə, sözügedən plan çərçivəsində əvvəlcə düşmənə qarşı çoxsaylı PUA-lar göndəriləcək, ardından tanklar, zirehli texnikalar və hücum helikopterləri döyüş meydanına daxil olacaq. Planın əsas məqsədlərindən biri də əsgər itkilərinin sayını azaltmaqdır.


Yeni döyüş üslubunu ortaya qoyan bu planla bağlı danışan bir İngiltərə Müdafiə Nazirliyi rəsmisi bildirib: “Bu, mövcud ağır metalları yeniləri ilə uyğunlaşdırmaq və ordunu daha ideal hala gətirməklə əlaqəlidir.”

“20-40-40” planına görə, tank kimi bahalı və ağır texnikalar İngiltərənin hərbi gücünün təxminən 20 faizini təşkil edəcək. Bu texnikalar döyüşün daha sonrakı mərhələsinə qədər ön cəbhədən uzaqda yerləşdiriləcək.

Plana əsasən, “Challenger 3” tanklarında olan əsgərlər kamikadze PUA-lardan istifadə edəcək, digərləri isə düşmənə qarşı uzaqmənzilli idarə olunan raketlər atacaq. Tək istifadəlik – təmasda partlayan PUA-lar və toplar kimi – texnikalar döyüş gücünün 40 faizini təşkil edəcək.

“MQ-9 Reaper” kimi təkrar istifadə oluna bilən, daha baha, lakin daha dayanıqlı olan kəşfiyyat və hücum PUA-ları isə qalan 40 faizi təşkil edəcək.

İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat bölməsinə görə, Rusiya döyüş meydanında ağır zirehli texnikalar əvəzinə motosikletlərdən istifadə etməyə başlayıb, çünki Ukrayna PUA-larla birlikdə “çox effektiv” hala gəlib.

Ukraynanın keçmiş müdafiə nazirlərindən Andriy Zaqorodnyuk da "The Times" qəzetinə verdiyi açıqlamada bildirib ki, Rusiya ilə olan ilk 10-30 kilometrlik cəbhə xətti “tamamilə şəffafdır” və hər iki tərəf tərəfindən PUA-larla nəzarətdə saxlanılır.

Qəzetin dəyərləndirməsinə görə, İngiltərənin yeni strateji planı Ukraynadakı müharibəyə və oradan çıxarılan dərslərə əsaslanaraq formalaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri