İngiltərə Premyer Liqası: “Arsenal” “Kristal Pelas”ı darmadağın edib
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə Premyer Liqasının 17-ci turunda Londonun “Kristal Pelas”ı eyni şəhərin “Arsenal”ını qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, baş hakim Saymon Huperin idarə etdiyi oyun “Selherst Park”da baş tutub.
Matçda ümumilikdə vurulmuş altı qolun yarısı ilk 15 dəqiqədə qeydə alınıb. 6-cı dəqiqədə “topçular”ın braziliyalı hücumçusu Qabriel Jezus hesabı açıb. Cəmi beş dəqiqə sonra seneqallı İsmaila Sarr status-kvonu bərpa etsə də, “qartallar”ın sevinci çox çəkməyib: 14-cü dəqiqədə Jezus dubla imza atıb. 38-ci dəqiqədə isə almaniyalı yarımmüdafiəçi Kay Haverts hesabdakı fərqi ikiyə çatdırıb. Matçın birinci yarısı Mikel Artetanın yetirmələrinin üstünlüyü ilə başa çatıb. Qeyd edək ki, ilk hissə “Arsenal”ın aparıcı futbolçusu Bukayo Sakanın əzələ zədələnməsi ilə də yadda qalıb.
İkinci hissəyə daha fəal başlayan tərəf ev sahibləri olsa da, qapıçı David Rayanın inamlı oyunu onların planlarını pozub. Oliver Qlasnerin komandasının təzyiqinə baxmayaraq, 60-cı dəqiqədə braziliyalı Qabriel Martinelli hesabı darmadağın həddinə çatdırıb. Oyunda son nöqtəni isə “topçular”ın ingiltərəli dayaq yarımmüdafiəçisi Deklan Rays qoyub: “Kristal Pelas” – 1, “Arsenal” – 5.
Beləliklə, 17 turdan sonra “Arsenal” (33 xal) üçüncü, “Kristal Pelas” (16) isə 15-ci pillədə yer alıb. “Topçular”ın ən yaxın təqibçisi “Nottinhem Forest”dir (31). “Qartallar” isə liqada qalmaq uğrunda mübarizə aparır: cənubi londonluları “düşüşdən” dörd xal ayırır.
Premyer Liqa turnir cədvəlinin vahid lideri isə niderlandlı mütəxəssis Arne Slotun başçılıq etdiyi “Liverpul”dur (36 xal, ehtiyatında iki oyunu var).
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Dekabr 2024 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















