Icma.az
close
up
RU
İngiltərə Premyer Liqası: Ruhlanmış “Mançester Yunayted” sürət yığmış “Arsenal”ı dayandıra biləcəkmi? in İCMALI

İngiltərə Premyer Liqası: Ruhlanmış “Mançester Yunayted” sürət yığmış “Arsenal”ı dayandıra biləcəkmi? in İCMALI

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə İngiltərə Premyer Liqasında 23-cü tura start verilir və bu mərhələyə mövsüm turnir cədvəlinin iki qütbündə aydın görünən intriqa ilə daxil olur.

İdman.Biz xəbər verir ki, yuxarı pillələrdə liderliyi qoruyan “Arsenal” kiçik fərq yarada bilib, arxada isə bir neçə komanda avrokuboklara vəsiqə uğrunda gərgin mübarizəni davam etdirir. Aşağı pillələrdə isə hər turla birlikdə qalmaq uğrunda mübarizə daha da kəskinləşir və istənilən xal itkisi həlledici ola bilər.

“Arsenal” – “Mançester Yunayted” (25 yanvar)

Turun mərkəzi qarşılaşması Londonda baş tutacaq. Çempionatın lideri “Arsenal” doğma meydanda “Mançester Yunayted”i qəbul edəcək. Mikel Artetanın komandası 22 oyundan sonra 50 xalla turnir cədvəlinə başçılıq edir, “mankunianlar” isə 35 xalla beşinci pillədə qərarlaşıb.

“Mançester Yunayted” bu oyuna yüksək əhval-ruhiyyə ilə çıxacaq. Belə ki, ötən turda Maykl Kerrikin rəhbərlik etdiyi kollektiv “Mançester Siti”ni 2:0 hesabı ilə məğlub edib. Bu qələbə komanda üçün mühüm emosional impuls olmaqla yanaşı, “Old Trafford”da baş məşqçi dəyişikliyindən sonra yüksəlişin başladığını göstərən əsas siqnallardan biri kimi dəyərləndirilir. Məhz bu nəticə “Arsenal”ın ən yaxın izləyiciləri ilə fərqi yeddi xala çatdırmasına da şərait yaradıb.

Oyun ərəfəsi açıqlamalarında Arteta avqust ayında baş tutan və “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşlə müqayisədə bu dəfə tam fərqli futbol gözlədiyini bildirib. London klubunun çalışdırıcısı vurğulayıb ki, rəqib daha intensiv oynayır və enerji baxımından irəliləyiş var. Bu da turnir cədvəlində lider mövqeyinə baxmayaraq, qarşılaşmanın asan olmayacağını göstərir.

“Arsenal”da heyətlə bağlı vəziyyət ümumilikdə müsbət qiymətləndirilir. Müdafiəçilər Rikkardo Kalafiori və Pyero İnkapiye məşqlərə qayıdıblar. Yeganə dəqiq itki gənc futbolçu Maks Douman hesab olunur. Arteta həmçinin Kay Havertsin də sıraya qayıtmağa yaxın olduğunu və yaxın həftələrdə oyun praktikasına cəlb oluna biləcəyini qeyd edib.

“Mançester Yunayted”də isə Kerrik “Emirates” stadionuna səfər ərəfəsində komandanın derbidən sonra yaxşı durumda olduğunu və “Siti” ilə oyunun yeni problemlərsiz başa çatdığını bildirib. Bununla belə, Matteys de Liqtin qarşılaşmanı buraxacağı dəqiqdir. Hücumçu Coşua Zirkze isə zədə səbəbindən əvvəlki oyunda iştirak etməyib və onun durumu hələ də sual altındadır. Eyni zamanda Afrika Millətlər Kubokunda iştirak edən Nussair Mazraouinin qayıdışı da mümkündür.

APL-də 23-cü turun digər oyunları:

24 yanvar

“Vest Hem” – “Sanderlend”

“Bernli” – “Tottenhem”

“Fulhem” – “Brayton”

“Mançester Siti” – “Vulverhempton”

“Bornmut” – “Liverpul”

25 yanvar

“Brentford” – “Nottingem Forest”

“Kristal Pelas” – “Çelsi”

“Nyukasl” – “Aston Villa”

26 yanvar

“Everton” – “Lids”

Hazırkı vəziyyətə görə APL-in turnir cədvəli:

“Arsenal” – 50

“Mançester Siti” – 43

“Aston Villa” – 43

“Liverpul” – 36

“Mançester Yunayted” – 35

“Çelsi” – 34

“Brentford” – 33

“Nyukasl” – 33

“Sanderlend” – 33

“Everton” – 32

“Fulhem” – 31

“Brayton” – 30

“Kristal Pelas” – 28

“Tottenhem” – 27

“Bornmut” – 27

“Lids” – 25

“Nottingem Forest” – 22

“Vest Hem” – 17

“Bernli” – 14

“Vulverhempton” – 8

Teymur Tuşiyev

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri