İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
London, 1 oktyabr, AZƏRTAC
İngiltərə və Uelsdə həbsxanalarda sıxlığın qarşısını almaq məqsədilə tətbiq edilən yeni qaydalar çərçivəsində yüzlərlə məhbus vaxtından əvvəl azad edilməyə başlanıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yeni sxem üzrə ümumilikdə təxminən 4 min 500 məhbusun vaxtından əvvəl azad olunacağı gözlənilir. Onlardan ilk 700 nəfərin bu gün həbsxanalardan buraxılması nəzərdə tutulub. Britaniya hökuməti bildirib ki, azad edilən şəxslər ciddi nəzarət altında qalacaq. Bunun üçün elektron qolbaqlardan istifadənin genişləndirilməsi də planlaşdırılır. Hökumət bu addımın həbsxanaların tam dolmasının qarşısını almaq üçün zəruri olduğunu vurğulayıb. Bununla belə, qərar zərərçəkmiş şəxslərin tənqidinə səbəb olub.
Azadetmə prosesi ümumilikdə 10 mərhələdə həyata keçiriləcək. Sonuncu mərhələnin 2027-ci ilin iyununda başa çatdırılması planlaşdırılır. İlk mərhələdə 19 aya qədər həbs cəzası alan məhbuslar azad edilir. 12 ildən çox müddətə sabit həbs cəzası alan daha ağır cinayət törətmiş şəxslərin isə sonrakı mərhələlərdə buraxılması nəzərdə tutulur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 Oktyabr 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















