İngiltərədən Rusiyaya qarşı sərt addım: Diplomat XİN ə çağırıldı
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə Almaniyanın Leypsiq-Halle hava limanında partlayıcı qurğu ehtiva etdiyi ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) aşkarlanması ilə bağlı Rusiyanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü açıqlama yayıb.
Açıqlamada İngiltərənin Leypsiqdəki hava limanına yönəlmiş olduğu bildirilən hadisə ilə bağlı Almaniya ilə tam həmrəy olduğu vurğulanıb.
Bildirilib ki, NATO müttəfiqlərinə və Ukraynaya göstərilən dəstək dəyişməz olaraq qalır:
"Rusiyanın birliyimizi pozmağa yönəlmiş hücumları nəticəsiz qalacaq. Bu, Rusiya dövlətinin ümumi təhlükəsizliyimizi açıq şəkildə hədəfə alan son hücumudur”.
İngiltərə XİN-in açıqlamasında Rusiyanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığı və hadisənin qətiyyətlə pisləndiyi qeyd olunub.
Bildirilib ki, İngiltərə Avropadakı və NATO-dakı müttəfiqləri ilə birlikdə Rusiyanın aqressiv addımlarını bütün səviyyələrdə ifşa etməyə davam edəcək.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















