Icma.az
close
up
RU
İngiltərədən Suriyaya 50 milyon sterlinq dəstək

İngiltərədən Suriyaya 50 milyon sterlinq dəstək

Qanlı Baas rejimindən azad edilən Suriyada yenidənqurma prosesinin başlayacağı gözlənilir.

Rejim və terror təşkilatlarının törətdiyi zorakılıq və hücumlar nəticəsində böyük ziyanın olduğu Suriyada strukturların çoxu dağıdılarkən, yüzlərlə mülki vətəndaş çətin şəraitdə həyatını davam etdirmək məcburiyyətində qalıb.

İngiltərə hökuməti Suriyanın yenidən qurulması prosesinə və mülki şəxslərə kömək məqsədilə yeni qərarın alındığını açıqlayıb.

İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Suriya və Yaxın Şərqdə uzunmüddətli təhlükəsizlik quruculuğuna dəstək məqsədilə Suriya xalqına 50 milyon funt sterlinq humanitar yardım dəstəyi veriləcəyi bildirilib.

Təcili səhiyyə xidmətləri, uşaqların və qadınların müdafiəsi, təmiz su təchizatı, təhsil və psixoloji dəstək kimi məsələlərə dəstək veriləcək.

Mövsüm

Aznews.az

seeBaxış sayı:74
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri