Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

İngiltərəlilər finalın “qapısını açdılar”

İngiltərəlilər finalın “qapısını açdılar”

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mayın ilk günündə Avropa Liqasının (AL) yarımfinalına start verildi.

"Football-plus.az" xəbər verir ki, ilk matçlarda inamlı qələbələr qazanan İngiltərə klubları finala çıxmaq üçün əla şans qazandılar.
yarımfinal, ilk oyunlar
Atletik (İspaniya) - Mançester Yunayted (İngiltərə) 0:3

Kazemiro, 30. B.Fernandeş, 37-p.; 45.
Atletik: Aqirresabala, De Markos (Qorosabel, 42), Vivian, Yeray, Berçiçe, De Qalarreta (Prados, 46), Xaureqisar, Berenger (A.Paredes, 42), İ.Uilyams (Calo, 87), N.Uilyams (U.Qomes, 79), Sannadi.
Mançester Yunayted: Onana, Yoro, Maquayr (De Liqt, 65), Lindelöff, Mazraui (Şou, 74), Uqarte (Maunt, 65), Kazemiro, Dorqu (Diallo, 84), B.Fernandeş, Qarnaço (Maynu, 84), Heylunn.
Liqa mərhələsini “Latsio” ilə birgə 19 xalla şərikli lider kimi başa vuran “Atletik”in doğma meydanında keçiriləcək finalda oynamaq şansı kifayət qədər yüksək dəyərləndirilirdi. İlk baxışdan Ernesto Valverdenin komandasının İngiltərə daxilində olduqca zəif nəticələr göstərən “Mançester Yunayted”i iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdıracağı sensasiya sayılmayacaqdı. Amma bu da var ki, AL-in liqa mərhələsində 18 xalla 3-cü yeri tutan mançesterlilər turnirdəki hər oyuna az qala final gözü ilə baxırlar. Ruben Amorimin komandasının Çempionlar Liqasına vəsiqə qazanmaq üçün yeganə çıxış yolu məhz AL-də qələbədi.
İnanılmazdı, amma “Yunayted” Bilbaoda üç cavabsız qol vurmaqla, necə deyərlər, finalın qapısını açdı. Bu nəticəyə təsir edən amillərin sırasında mançesterlilərin turnirdə qalib gəlmək üçün var gücünü meydanda sərf etdiklərini ilk növbədə vurğulamalıyıq. “San Mames”dəki gözlənilməz hesaba şərait yaradan digər fakt isə ev sahiblərinin 35-ci dəqiqədən sona qədər on nəfərlə oynaması oldu. Doğrudu, qonaqların yarımmüdafiəçisi Kazemiro 5 dəqiqə əvvəl hesabı açmışdı. MY-nin qapıya yönələn ilk dəqiq zərbəsinin qolla nəticələnməsi sanki ev sahiblərini əsəbiləşdirdi.
Çox keçmədən Vivian cərimə meydançasında Heylunna qarşı kobudluğuna görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Fernandeş isə penalti ilə fərqi iki topa çatdırdı. Valverdenin hələ fasilə ərəfəsində iki əvəzləməyə əl atması komandasının oyununu gücləndirmədi. Əksinə, qonaqların lideri Fernandeş qapıçı ilə təkbətək qaldığı epizodu da qola çevirdi. Bilbaolular ikinci hissədə oyunda dönüş yaratmaq bir yana, heç təsəlli qolunu da vura bilmədilər. MY isə seriyasını 13 oyuna çatdırdı: İngiltərə nəhəngi cari mövsümdə AL-də 8 qələbə qazanıb, 5 matçı isə heç-heçə başa vurub.
Amorimin ser Aleks Ferqyusonun ilk avrokubok mövsümündəki yolu ilə getdiyini də vurğulayaq: portuqaliyalı mütəxəssis baş məşqçi postuna təyinat alandan sonra komanda avrokubokda keçirdiyi 9 oyunda məğlub olmayıb (7 qələbə, 2 heç-heçə).
Tottenhem (İngiltərə) - Bude/Qlimt (Norveç) 3:1
Conson, 1. Meddison, 34. Solanke, 61-p. – Saltnes, 83.
Tottenhem: Vikario, Porro, Romero, Van de Veen, Udoci, Bentankur, Bissuma, Conson, Meddison (Kulusevski, 65), Rişarlison (Tel, 46), Solanke (Odober, 75).
Bude/Qlimt: Xaykin, Şevold, Qunnersen, Nilsen (Moe, 46), Byorkan, Brunstad Fet (Yensen, 77), Hauqe, Saltnes, Myaattya (Euklenn, 65), Blomberq (Sörli, 77), Hög.
“Qarabağ”ın vahid liqa mərhələsində Norveçdə 2:1 hesabıyla məğlub etdiyi “Bude/Qlimt”in avrokuboklarda ilk dəfə yarımfinala çıxması cari mövsümün ən diqqətəlayiq faktları sırasındadı. Kyetil Knutsenin komandası üçün bu mərhələnin ilk oyununun çətin keçəcəyi gözlənilirdi. Çünki “Tottenhem” üçün də AL-də qələbə mövsümün qalan hissəsində ən vacib hədəfdi. İngiltərə daxilindəki yarışları boşa, yeri gələndə yola verən londonlular da ÇL-ə vəsiqə üçün avrokubokda qələbə qazanmağa çalışırlar.
Onlar ev oyununu böyük motivasiya ilə keçirərək ilk dəqiqədəcə hesabı açdılar: 37-ci saniyədə qapıya yol tapan Conson AL-in yarımfinalında vurulan ən erkən qolun müəllifi oldu. Fasilə ərəfəsində Meddison, ikinci hissədə isə Solanke komandasının üstünlüyünü darmadağın həddinə çatdırdılar. Lakin Saltnes sona yaxın fərqi azaltmaqla mayın 8-də keçiriləcək cavab oyununda “Bude/Qlimt” üçün ümid yeri qoydu.
Bombardirlər: B.Fernandeş (Mançester Yunayted), Hög (Bude/Qlimt), Əl-Kaabi (Olimpiakos) - 7, Varqa (Ferentsvaroş), Omorodion (Portu), Osimhen (Qalatasaray), Fofana (Lion), Çernı (Reyncers), Ən-Nəsiri (Fənərbaxça) - 6.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri