İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələri enerji keçidində dəstəkləməsi olduqca zəruridir
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizim fəaliyyətimiz Cənubi Afrikada müxtəlif sahələrdə ekoloji inklüziv sahıbkarlığın dəstəklənməsindən və təbliğ edilməsindən ibarətdir. Biz COP konfranslarında artıq dördüncü ildir ki, iştirak edirik. Bu konfranslarda iştirak etməkdə əsas məqsədimiz Cənubi Afrikada iqlim dəyişmələrindən əziyyət çəkən icmaları təmsil etmək, onların iqlim dəyişmələrinə dözümlülüyünü və uyğunlaşmasını artırmaqdır.
Bunu AZƏRTAC-a müsahibəsində Cənubi Afrikanın “Indalo Inclusive” qeyri-kommersiya təşkilatının direktoru və əməliyyatlar üzrə müdiri Rest Kancu deyib.
R. Kancu inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələri enerji keçidində dəstəkləməsinin olduqca zəruri olduğunu vurğulayaraq qeyd edib: “Biz öz növbəmizdə beynəlxalq ictimaiyyətin bir hissəsi olduğumuzu anlayırıq, lazım olan töhfəni də verməyə hazırıq. Başqa ölkələrdən, tərəfdaşlardan lazım olan bilikləri əldə etməyə də çalışırıq. Burada tədbirin məkanı olan Bakı Stadionunu çox bəyəndim. Çox istərdim ki, gələcəkdə burada futbol oyununu izləyim”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















