Icma.az
close
up
RU
“İnklüziv müəllim: bacarıqlar və ehtiyaclar” mövzusunda müzakirə sessiyası

“İnklüziv müəllim: bacarıqlar və ehtiyaclar” mövzusunda müzakirə sessiyası

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bakı Slavyan Universitetində (BSU) “İnklüziv həftə” çərçivəsində “İnklüziv müəllim: bacarıqlar və ehtiyaclar” mövzusunda müzakirə sessiyası keçirilib. Tədbirin əsas məqsədi ali təhsil müəssisələrinin inklüziv təhsilin inkişafındakı rolu, bu sahədə mövcud ehtiyaclar və qarşıya çıxan problemlərin müzakirəsi olub. 

Sessiyada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Nərminə Hüseynova, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, Bakı Dövlət, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dillər universitetlərinin professor-müəllim heyəti, Bakı şəhəri xüsusi təhsil və ümumi təhsil müəssisələrinin pedaqoji heyəti iştirak ediblər.  

BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyevin moderatorluğu ilə keçirilən tədbirdə universitetin rektoru Anar Nağıyev inklüziv təhsil sahəsində digər ali təhsil müəssisələri və xüsusi məktəblərlə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, kadr hazırlığında effektiv əlaqələndirmə və şəbəkələşmənin əsas prinsiplərdən biri olduğunu qeyd edib. O, 2023-cü ildə icra edilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi çərçivəsində ölkənin dörd regionunda məktəb müəllimləri ilə görüşlərin keçirildiyini və bu prosesdə inklüziv yanaşmaların təhsil sisteminə inteqrasiyasının əsas hədəf kimi müəyyən olunduğunu qeyd edib. Rektor inklüziv təhsil mühitinin formalaşdırılmasının bütövlükdə cəmiyyətin inklüziv dəyərləri mənimsəməsinə töhfə verdiyini vurğulayıb. 

Nərminə Hüseynova Elm və Təhsil Nazirliyi tərəfindən inklüziv təhsilin inkişafına xüsusi diqqət yetirildiyini bildirib. O, bu istiqamətdə həyata keçirilən islahatlar, planlaşdırılan layihələr və görüləcək işlər barədə məlumat verərək inklüziv təhsilin genişləndirilməsi və əlçatanlığının artırılması istiqamətində atılacaq mühüm addımları vurğulayıb.

BDU-nun Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova, ADPU-nun Məktəbəqədər təhsilin dekanı Nailə Hüseynova, professor- müəllim Lalə İmanova və Gülşən Eminova, 268 nömrəli xüsusi məktəbin direktoru Farizə Teymurzadə və 202 nömrəli tam orta məktəbin korreksion pedaqoqu Günay Cəlilova çıxışlarında müəllimlər üçün inklüziv təhsildə davamlı peşəkar inkişaf imkanları, xüsusi təhsil ehtiyacları olan şagirdlərlə işləyən müəllimlərin hazırlığı və ehtiyacları, eləcə də korreksion pedaqoji dəstək mexanizmləri barədə fikirlərini bölüşüblər.  

Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.

Rizvan FİKRƏTOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri