Icma.az
close
up
RU
“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun növbəti iclası keçirilib AZƏRTAC

“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun növbəti iclası keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 24 yanvar, AZƏRTAC

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı “İnklüziv sosial inkişaf və sosial təminat” üzrə İşçi qrupun növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclas Strategiyada nəzərdə tutulan “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət” məqsədləri üzrə 2024-cü il ərzində görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabatın müzakirəsinə həsr olunub.

İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev aparılan sosial islahatlar çərçivəsində əməkhaqqı sisteminin təkmilləşdirilməsi, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahəsində mühüm addımların atıldığını diqqətə çatdırılıb.

Həssas qruplar üçün məşğulluq imkanlarının artırılması, əmək bazarında işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması və rəqabətqabiliyyətli kadr potensialının inkişafı sahələrində aparılan işlərdən bəhs olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Strategiyada nəzərdə tutulmuş sosial məqsədlər üzrə həyata keçirilən tədbirlərlə bağlı monitorinq və qiymətləndirmənin bu məqsədlərin icrası prosesində qarşıda duran əsas çağırışları, habelə tövsiyələri müəyyən etmək baxımından önəmini qeyd edib.

İşçi qrupun sədr müavini, İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” məqsədi üzrə üç fəaliyyət istiqamətində (“Əməkhaqqı sisteminin təkmilləşdirilməsi”, “Özəl sektorda məşğulluğun inkişafının stimullaşdırılması” və “Məşğulluğun səmərəliliyinin artırılması”) görülən işlərlə bağlı aparılmış ilkin monitorinq və qiymətləndirmənin nəticələri barədə məlumat verib. Qiymətləndirmə nəticəsində müəyyən edilmiş əsas çağırışlar və tövsiyələr diqqətə çatdırılıb.

Görülmüş işlərə dair İşçi qrupun üzvləri tərəfindən müzakirələr aparılıb, təkliflər səsləndirilib.

“İnklüziv sosial inkişaf və sosial təminat” üzrə İşçi qrupunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Mərkəzi Bankın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Gənclər Fondunun rəhbər şəxsləri təmsil olunurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri